Bazar, 1 İyun, 2025

Ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün üçüncü “Təqaüd proqramı” müsabiqəsi


  • Dərc edildi: 21 Avqust, 2023 - 15:50
Ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün üçüncü “Təqaüd proqramı” müsabiqəsi

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün üçüncü “Təqaüd proqramı” müsabiqəsi elan edir.

Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədi ilə təsis edilən müsabiqədə 2023-2024-cü tədris ili üzrə bakalavr və magistr səviyyəsinin sonuncu kursunda əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələr iştirak edə bilərlər. Ötən illərdən fərqli olaraq bu il dağ-mədən mühəndisliyi, geologiya və metallurgiya sahələri ilə yanaşı, ekologiya, kimya mühəndisliyi, elektrik və energetika mühəndisliyi, iqtisadiyyat, inzibati idarəetmə və kommersiya, menecment və filologiya sahələri üzrə təhsil alan tələbələrin də müsabiqədə iştirakı nəzərdə tutulub.

Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Təqaüd komissiyası tərəfindən aparılacaq qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq. Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə Təqaüd proqramına cəlb edilərək, hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 manat məbləğində təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.

Təqaüd proqramı layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün “AzerGold” QSC-nin rəsmi veb-saytında (azergold.az) “Karyera” bölməsində yaradılmış “Təqaüd proqramı” altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur. Müsabiqəyə qeydiyyat 21 avqust 2023-cü il tarixindən başlanılır. Müraciət üçün son tarix 21 sentyabr 2023-cü ildir.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən elan edilən “Təqaüd proqramı” müsabiqələrində müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrində təhsil alan 18, peşə təhsili müəssisələrində isə təhsil alan 27 tələbəyə təqaüd verilib. Proqram çərçivəsində 2 nəfər ali təhsil müəssisələrində, 4 nəfər peşə təhsili müəssisəsində təhsil alan tələbə “AzerGold” QSC-də işə qəbul edilib

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 120
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 174
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 94
XVIII Beynəlxalq Ast...