Cümə axşamı, 21 Avqust, 2025

"Gənc Hüquqşünaslar" Təlim Proqramı


  • Dərc edildi: 8 İyun, 2023 - 14:04
"Gənc Hüquqşünaslar" Təlim Proqramı

Əziz Gənclər!

"Demokratik Təşəbbüslər İnstitutu (IDI) Azərbaycanda demokratik dəyərlərin, insan hüquqlarının tədrisi ilə məşğul olan qeyri-hökumət təşkilatıdır. "

12 təlim sessiyasından ibarət I hissədə gənc hüquqşünasların yetişdirilməsi üçün Cinayət, Mülki, İnzibati və s. hüquq mövzularında təlimlər tədris ediləcək.

Təlim proqramını müvəffəqiyyətlə bitirmiş iştirakçılara öyrəndiklərini II hissədə praktik tətbiq etmək imkanı yaradılacaqdır.

Təlimlər insan hüquqları sahəsində Azərbaycanda fəaliyyətdə olan ən təcrübəli və peşəkar təlimçilərin iştirakı ilə aparılacaq.

Seçim kriteriyalar:

- Hüquq təhsili;
- Liderlik qabiliyyəti və komanda ilə işləmək bacarığı;
- Vətəndaş cəmiyyətinə töhfə verməyə maraq;
- Yaş 20-30.

Təlimin bütün sessiyalarında iştirak etmək və verilən tapşırıqların yerinə yetirilməsi zəruridir. Seçimlər müraciət formasına verilən cavablar və müsahibələr əsasında aparılacaq.

Seçim zamanı Demokratik Təşəbbüslər İnstitutunun əvvəlki təlim proqramlarının məzunu olan, xarici dil və IT bacarıqları olan, vətəndaş cəmiyyəti sahəsində müəyyən təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.
 
Son müraciət tarixi:  15 iyun, 2023

Şirkət haqqında - bizdə şirkət deyil, qeyri hökumət təşkilatıdır, Demokratik Təşəbbüslər İnstitutu Dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq maarifləndirmə işi həyata keçiririk. Hazırda da hüquq tələbələri və məzunlar üçün ödənişsiz təlimlər keçməyi planlaşdırırıq. 

 

Qeydiyyat linki: LİNK

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 228
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 31
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7141
Sumqayıt Dövlət Univ...