Təhsil Tələbə Krediti Fondu Könüllü proqramı layihəsini elan edir!
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Bu məqsədlə Təhsil Tələbə Krediti Fondu tələbə gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsinə başlayır.
Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.
Könüllülük fealiyyətinə kimlər müraciət edə bilərlər?
• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;
• Universitetin 3-cü və 4-cü kurs tələbələri və yaxud maqistr tələbələri;
• MC Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
• Ünsiyyət bacarığı;
• İntizamlılıq və tez öyrənmə bacarığı;
• Komanda şəklində işləmə bacarığı.
Əlavə məlumatlar:
• İş qrafiki: Yarımştat (yarım gün, dərsdən sonra) işləmək mümkündür
• Könüllü proqramı layihəsi 2 ayadək nəzərdə tutulmuşdur.
Müraciət qaydası:
• Son müraciət tarixi: 30.09.2022-ci il;
• CV-lər [email protected] ünvanına göndərilməlidir;
• “Mövzü” bölməsində “Könüllü Proqramı” qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçirilərək, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
TTKF-nun Könüllüləri sırasına qoşulmağa tələsin.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur