reklam

SAATHESABI MÜƏLLİM VAKANSİYASI (HÜQUQ FAKÜLTƏSİ)

SAATHESABI MÜƏLLİM (HÜQUQ FAKÜLTƏSİ)

 

Description

 

“ADA” Universitetinin Hüquq fakültəsi peşəkar təcrübəsi olan və ya elmi-pedaqoji fəaliyyətlə məşğul olan hüquqşünas namizədləri “Əqli mülkiyyət hüququ”, “İnformasiya texnologiyaları hüququ”, “Mənəvi və siyasi fəlsəfə”, “Hüquq tarixi” fənlərinin tədris olunması məqsədilə saathesabı müəllim vəzifəsinə müraciət etməyə dəvət edir. Fənlər İngilis dilində tədris olunur.

Əqli mülkiyyət hüququ” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs payız semestri ərzində 37.5 saat mühazirə və məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir mühazirə və məşğələ) aparmalıdır.

“İnformasiya texnologiyaları hüququ” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs payız semestri ərzində 37.5 saat mühazirə və məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir mühazirə və məşğələ) aparmalıdır.

“Mənəvi və siyasi fəlsəfə” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs payız semestri ərzində 37.5 saat mühazirə və məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir mühazirə və məşğələ) aparmalıdır.

“Hüquq tarixi” fənni üzrə seçim prosesindən uğurla keçmiş şəxs payız semestri ərzində 37.5 saat mühazirə və məşğələ (həftədə hər biri 75 dəqiqə olmaqla bir mühazirə və məşğələ) aparmalıdır.

“ADA” Universiteti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin işə qəbul prosesində hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

 

Responsibilities

  • Müasir elmi-pedaqoji metodlardan istifadə edərək mühazirə və məşğələlər aparmaq;
  • Hüquqşünaslıq ixtisasının tədris planına uyğun olaraq müvafiq sillabus və tədris materiallarını hazırlamaq;
  • Analitik və tənqidi təfəkkürü stimullaşdıran keyfiyyətli tədris aparmaq;
  • Tələbələrin davamiyyət qeydlərini aparmaq;
  • Tələbələrin icra etdikləri tapşırıqların nəticələri ilə bağlı vaxtında rəylər vermək.

Requirements

  • Xarici ölkədə beynəlxalq səviyyədə tanınmış ali məktəbdə hüquq ixtisası üzrə magistr dərəcəsi. Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi olan namizədlərə üstünlük verilə bilər.
  • Hüquq fənlərinin tədrisi üzrə pedaqoji təcrübə;
  • Müvafiq hüquq sahələrində peşəkar təcrübə;
  • Nəzərdə tutulmuş fənlərin tədris olunması üçün əhəmiyyətli olan hər hansı xarici dil biliklərinin olması.

Maraqlanan şəxslərdən aşağıda qeyd edilən sənədləri word və ya pdf formatında e-mail vasitəsilə [email protected] poçt ünvanına göndərmələri xahiş olunur:

  • Namizədin müraciət etdiyi vəzifəyə maraq və uyğunluğunu əsaslandıran məktub (maksimum 500 söz);
  • CV;
  • 2 rəyçinin adı və elektron poçt ünvanı.

Müraciət üçün son gün 2024-cü il 21 iyul tarixidir. Tədris prosesi 2024-cü il sentyabr ayının 9-dan etibarən başlayacaq.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az