Çərşənbə, 14 May, 2025

ÖDƏNİŞLİ (Maaşlı) TƏCRÜBƏ PROQRAMI


  • Dərc edildi: 1 Oktyabr, 2024 - 14:48
ÖDƏNİŞLİ (Maaşlı) TƏCRÜBƏ PROQRAMI

ÖDƏNİŞLİ (Maaşlı) TƏCRÜBƏ PROQRAMI 

 

Abşeron Logistika Mərkəzi araşdırma aparmağı sevən, özünəgüvənən, beynəlxalq və yerli yükdaşıma əməliyyatları sahəsində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş, dinamik, vaxtını idarə etməyi bacaran gənclər üçün ÖDƏNİŞLİ TƏCRÜBƏ(Maaşlı ) PROQRAMI elan edir. 

Bu proqramda iştirak etməklə, Siz logistika sahəsində yeni bilik və bacarıqlara yiyələnərək proqramın sonunda işəqəbul şansı əldə edəcəksiniz.

 

 Sizə nə təklif edirik?

 • Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı; 

• Yüksək komanda ruhunda əməkdaşlıq;

 • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları; 

• Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit; 

• Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı. 

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

 • Ali təhsil; 

• Azərbaycan dili əla səviyyədə, Rus dili mütləqdir;

 • MS Office proqramlarında iş bacarığı; 

• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;

 • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; 

• Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı; 

• Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu; 

• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;

 • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

 Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək? 

• Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq; 

• Müştəri yüklərinin, vaqon məlumatlarının yerində yoxlanılmasında iştirak; 

• Müştəri yüklərinin, vaqon məlumatlarının proqrama işlənməsində iştirak; 

• Sənədlərin sistem üzrə arxivləşdirilməsi.

 Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə əldə etmək istəyirsinizsə CV-nizi 18 oktyabr 2024-cü il tarixinədək [email protected] ünvanına, mövzu hissəsində “Ödənişli təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 152
Azərbaycan Respublik...
Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 133
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 115
Doktorantura səviyyə...