MBA proqramı çərçivəsində müəllimlərin işə qəbulu elan olunur

Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində Yüksək Təhsil İnstitutunun MBA proqramı çərçivəsində 2023/2024-cü tədris ilinin payız semestri üzrə müəllimlərin işə qəbulu elan olunur. Azərbaycan və ingilis bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin işə qəbulu aşağıdakı fənlər üzrə aparılır:

· Liderlik və təşkilati davranış (Azərbaycan və ingilis dillərində)

· Bazar riskləri və likvidlilik riskləri (Azərbaycan dilində)

· Beynəlxalq biznes etikası və korporativ idarəetmə (Azərbaycan və ingilis dillərində)

· Beynəlxalq biznes hüququ (Azərbaycan və ingilis dillərində)

· Beynəlxalq marketinq (Azərbaycan və ingilis dillərində)

· Beynəlxalq qiymətli kağızlar və xarici valyuta (Azərbaycan və ingilis dillərində)

· Biznes analitikasına giriş (Azərbaycan və ingilis dillərində)

· Biznes hüququ (BL-F4) (Azərbaycan və ingilis dillərində)

· Biznes və iqtisadiyyat üçün statistika (Azərbaycan və ingilis dillərində)

· Biznesin davamlılığı riskləri və sığorta (Azərbaycan və ingilis dillərində)

· Əlaqəli databaza idarəetmə sistemləri (Azərbaycan və ingilis dillərində)

· Əmək qanunvericiliyi (Azərbaycan və ingilis dillərində)

· Enerji menecmenti (Azərbaycan və ingilis dillərində)

· Enerji sistemlərinin idarə olunması və SCADA (Azərbaycan və ingilis dillərində)

· Eyniləşdirmənin idarəedilməsi və girişə nəzarət (Azərbaycan və ingilis dillərində)

· İdarəetmə uçotu (MA - F2) (Azərbaycan və ingilis dillərində)

· İnformasiya riskləri və kiber risklər (Azərbaycan dilində)

· İnnovasiya risklərinin idarə edilməsi (Azərbaycan və ingilis dillərində)

· İnsan kapitalının idarəedilməsi (Azərbaycan və ingilis dillərində)

· İş fəaliyyətinin (performansın) idarəedilməsi (Azərbaycan və ingilis dillərində)

· Kibertəhlükəsizliyə giriş (Azərbaycan və ingilis dillərində)

· Kriptoqrafiyanın əsasları (Azərbaycan və ingilis dillərində)

· Layihələrin idarə edilməsi (Azərbaycan və ingilis dillərində)

· Maliyyə analitikası (Azərbaycan və ingilis dillərində)

· Maliyyə uçotu (FA-F3) (Azərbaycan və ingilis dillərində)

· Marketinq və satış analitikası (Azərbaycan və ingilis dillərində)

· Menecment iqtisadiyyatı (Azərbaycan və ingilis dillərində)

· Müasir təchizat zəncirinin idarə edilməsi -1 (Azərbaycan və ingilis dillərində)

· Python ilə Data analitikası (Azərbaycan və ingilis dillərində)

· Qabaqcıl müdaxilə testi, "Exploit"lərin yazılması və etik xakerlik (Azərbaycan və ingilis dillərində)  

· Quru, dəniz və dəmiryolu nəqliyyatı (Azərbaycan və ingilis dillərində)

· Risk, korporativ maliyyə və qiymətləndirmə (Azərbaycan dilində)

· Risklərin idarəedilməsinin əsasları (Azərbaycan və ingilis dillərində)

· Sahibkarlıq fəaliyyətinin təşkili (Azərbaycan və ingilis dillərində)

· Satışın idarəedilməsi (Azərbaycan və ingilis dillərində)

· Şəbəkə və kommunikasiya təhlükəsizliyi (Azərbaycan və ingilis dillərində)

· Səhiyyə sferasının texnologiyaları və informasiya sistemləri (Azərbaycan və ingilis dillərində)

· Səhiyyə xidmətləri sistemi (Azərbaycan və ingilis dillərində)

· Səhiyyədə risklərin idarəedilməsi (Azərbaycan və ingilis dillərində)

· Səhiyyənin idarə olunması (Azərbaycan və ingilis dillərində)

· Statistik eksperiment dizaynı və dataların təhlili (Azərbaycan və ingilis dillərində)

· Strateji risk çərçivələri (Azərbaycan dilində)

· Təchizat zəncirinin idarəedilməsində informasiya texnologiyalarının imkanlarından istifadə (Azərbaycan və ingilis dillərində)

· Tədqiqat metodları (Azərbaycan və ingilis dillərində)

· Təhlükəsizlikdə liderlik və riskin idarə edilməsi (Azərbaycan və ingilis dillərində)

· Texnologiya və əməliyyatlar menecmenti (Azərbaycan və ingilis dillərində)

· Veb tətbiqlərinin təhlükəsizliyinin əsasları (Azərbaycan və ingilis dillərində)

Tələblər:

· İqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar, data analitikası, statistika, ekonometrika, marketinq, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində ən azı magistr dərəcəsinin olması;

· Ən azı 1 illik pedaqoji təcrübənin olması;

· Axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması;

· İngilis dilində tədris aparmaq istəyən namizədlərin 2023/2024-cü tədris ilinin sonuna qədər etibarlı olan minimum İELTS 6.0 yaxud ona ekvivalent TOEFL sertifikatına malik olması.

QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər. 

Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə təqdim olunan  nümunəyə uyğun sillabus hazırlayıb  [email protected] elektron ünvanına göndərə bilərlər. Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları və tədris edəcəkləri dil barədə məktubda məlumat verməlidir. İngilis dilində tədris etmək istəyən namizədlər iddia etdikləri fənn yaxud fənlərin sillabuslarını nümunəyə uyğun ingilis dilində təqdim etməlidir.

Müraciət üçün son tarix: 24 iyul saat 18:00

Sillabus-Az

Syllabus-Eng


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az