Bazar ertəsi, 25 Avqust, 2025

Tibb mərkəzi Qeydiyyat üzrə tibbi koordinator vakansiyası elan edir


  • Dərc edildi: 24 İyul, 2024 - 16:51
Tibb mərkəzi Qeydiyyat üzrə tibbi koordinator vakansiyası elan edir

“Sağlam Ailə” tibb mərkəzi Qeydiyyat üzrə tibbi koordinator vakansiyası elan edir.



Vəzifə və öhdəliklər:

• Klinikaya müraciət edən pasiyentləri qəbul edir, pasiyentin şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır;
• Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
• Müraciət edən və təyinatına məsul şəxsi olmayan pasiyentin müraciət səbəbini dəqiqləşdirir, istək formalaşdırır; ixtisaslı həkimə yönləndirir;
• Lazım gəldiyində pasiyentlərə müayinələrin seçilməsində tövsiyyələr verir və müayinə nəticələrini interpretasiya edir, nəticələrlə bağlı izahlar verir, müvafiq maarifləndirmə işi aparır;
• İstəyə əsasən tibbi xidmətləri təklif edir (Qəbul həkiminə yönləndirir / Check-up xidmətlər təklif edir / Müvafiq ixtisaslı həkimə yönləndirir).

Namizədə olan tələblər:

• Tibbi təhsil;
• Təcrübə tələb olunmur;
• Dil biliyi: Azərbaycan dili - əla, rus dili – arzuolunandır;
• Yüksək ünsiyyət qabiliyyətli, komandada işləmə bacarığı, stressə davamlılıq.

Qeyd:

• İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
• Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
• Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Qeydiyyat üzrə tibbi koordinator” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 493
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7376
Sumqayıt Dövlət Univ...