16 Avqust 14:44

3D printing və modelləşdirmə təhsilinin şagirdlərə faydaları

3D printing və modelləşdirmə təhsilinin şagirdlərə faydaları

Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrümüzdə təhsil sahəsində saysız yeniliklər yaşanır. Klassik sinif mühiti və materiallar yerinə şagirdləri gələcəyin dünyasına hazırlayan bir təhsil modeli üzərində dayanılır. Son illərdə xaricdə açılan 3D printing və modelləşdirmə sinifləri də bunun gözəl bir nümunəsidir.

Təxminən 30 ildən bəri istifadə edilən 3D yazıçılar güvənli modellərin istehsal edilməsi ilə birlikdə təhsildə də yerini almağa başladı. Təhsilin texnologiya ilə birləşməsini təmin edən bu texnologiya sayəsində dərsə qatılmanı artıran, şagird mərkəzli, interaktiv və öyrənərkən eyni zamanda əyləndirən bir mühitdə təqdim edən təhsil müddətinə keçildi.

3D texnologiyasının önəmli olduğu bir digər sahə də elm texnologiyası, mühəndislik və riyaziyyat nizamlarından ibarət STEM təhsilidir. 3D texnologiyası və modelləşdirmə ilə şagirdlərin texniki bilgi, bacarıq və yaradıcılıq baxımından inkişafları qarşıya məqsəd qoyulur. Gələcəkdə mühəndis,elm insanı və ya sənətçi olacaq şagirdlərin istedadlarını kəşf etmələrini təmin edən 3D printing və modelləşdirmə təhsilinin şagirdlərə olan faydalarına baxaq:

Motivasiya

3D texnologiyası şagirdlərə xəyal güclərindən istifadə imkanı verir. Xəyallarını gerçəyə çevirmək isə şagirdləri həyəcanlandırıb öyrənmə motivasiyasını artırır. Mövzuların maraq çəkən vizualizasiya üzərindən anladılması eyni zamanda marağı az olan şagirdlərin dərsə qatılma nisbətini artırıb sinfin daxilində təsirli öyrənməni təmin edir.

İstehsal edən bir nəsil

İstehsalın olduqca çox olduğu müasir dövrümüzdə yeni nəsli istehsal edənlər halına gətirmək fərdi faydaları ilə yanaşı, toplum nöqteyi-nəzərindən də olduqca önəmli bir addımdır. Öz istehsalını edə bilən, innovasiyaya önəm verən uşaqlar davamlılıq adına edəcəkləri layihə və cəhdləri ilə qaydaları yaxşılaşdırmağa təşəbbüskar olacaqdırlar.

Həll yönümlü düşünmə

 Şagirdlər yaradıcı düşünmə ilə yanaşı, sınaq yanılmaları ilə fikirlərini gerçəkləşdirirlər. Şagirdlərin xəta nəticəsində vaz keçmədən davam etmələri, səbr etmələri və alternativ həlllər tapmağı öyrənmələri mümkün olur. Bu qabiliyyət isə şagirdlərin həyatlarının digər sahələrində qarşılaşdıqları problemlərə də həll yönümlü yaxınlaşmalarını təmin edir.

Komandanın bir hissəsi olmaq

 Ənənəvi sinif içi dialoqun dəyişməsinə səbəb olan 3D texnologiyası sayəsində şagirdlər fikir mübadiləsini, ortaq layihələr irəli sürməyi və komanda işini öyrənirlər.

Gələcəkdə mühəndis,elm insanı və ya sənətçi olacaq şagirdlərin istedadlarını kəşf etmələrini təmin edən 3D printing və modelləşdirmə təhsili ölkəmizdə də tədris olunmağa başlayıb. STEP IT Akademiyada uşaqlar üçün təşkil olunmuş  Kiçik Kompüter Akademiya proqramı çərçivəsində müasir IT sahələri tədris edilir. Uşaqlar həm sərbəst, həm də komanda şəklində öz layihələrini hazırlayırlar. Birgə iş əməkdaşlıq etmək, planlaşdırmaq və hədəflərə çatmaq bacarıqlarını inkişaf etdirir. Sizin uşağınızın gələcəkdə kim olması və nə ilə məşğul olmasından asılı olmayaraq, Kiçik Kompüter Akademiyasında aldığı bilik və bacarıqlar ona faydalı olacaq.

Ətraflı məlumat üçün itstep.az veb saytından tanış ola bilərsiniz.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)