Cümə, 8 Avqust, 2025

Maliyyə analitiki vakansiyası


  • Dərc edildi: 22 Dekabr, 2022 - 10:25
Maliyyə analitiki  vakansiyası

Maliyyə analitiki axtarırıq.

📢 "İnnovasiyalar Mərkəzi"nin bir üzvü olmaq və bizimlə birgə peşəkar karyera qurmaq istəyənlər  keçid edərək tələblərlər tanış ola bilərlər.

Vəzifə öhdəlikləri:
🔹 Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlilini aparmaq;
🔹 Müştərilərdən daxil olan şikayət və problemlərə operativ baxmaq;
🔹 Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatları hazırlamaq;
🔹 Qurumlarla aparılan əməliyyatların üzləşməsi və öhdəliklərin icra olunmasına nəzarət etmək;
🔹 Maliyyə üzrə üzləşmə prosesini aparmaq;
🔹 Tapşırılmış layihələrlə bağlı bankda açılmış hesab üzərindən aparılan əməliyyatlara nəzarət etmək;
🔹 Qurumlarla hesablaşmaları həyata keçirmək;
🔹 Dövriyyə üzrə gəlirləri və xərcləri tənzimləmək;
🔹 Ödəniş sistemləri üzrə əməliyyatları, yazışmaları və araşdırmaları aparmaq.

Tələb edilən bilik, bacarıq və təcrübə:
🔹 Ali iqtisadi təhsil;
🔹 Minimum 2 il iş təcrübəsi;
🔹 Çeviklik, nəticəyə fokuslanmaq;
🔹 Sərbəst araşdırma etmək və təhlil aparmaq, hesabat hazırlamaq bacarığı;
🔹 Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti.

Əmək haqqı namizədə görə müəyyən ediləcək.💸

Uyğun namizədlərdən öz CV-lərini 30 dekabr 2022-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Maliyyə analitiki” yazaraq göndərmələri xahiş olunur. 📧

Yalnız vəzifənin tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxanılacaq.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5961
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1175
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 428
“İnnovativ məktəb” l...