Cümə axşamı, 31 İyul, 2025

Sənədlərlə və müraciətlərlə iş sektorunda vakansiya


  • Dərc edildi: 11 Aprel, 2025 - 12:22
Sənədlərlə və müraciətlərlə iş sektorunda vakansiya

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində Sənədlərlə və müraciətlərlə iş sektorunda vakansiya mövcuddur.


Tələblər:



·      Vətəndaş qəbulu, Çağrı mərkəzi və Elektron müraciətlərin cavablandırılması üzrə komandaya rəhbərlik edilməsi;
·      Müvafiq sahələrdə 3 il idarəedici səviyyədə iş təcrübəsi;
·      Təhsil sahəsindəki qanunvericilik və xidmətlər üzrə məlumatlı olmaq;
·      Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
·      Yüksək səviyyədə Azərbaycan dili;
·      Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
·      Vətəndaş məmnuniyyəti əldə etməyə yönümlü;
·      Analitik düşünmə və hesabatlılıq bacarığı;
·      Detallara dəqiqlik və problemləri həll etmək bacarığı;
·      Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları;
·      İdarəetmə bacarıqları; 
·      Əməliyyat çevikliyi;
·      Diqqətli, punktual, səbirli, məsuliyyətli və ünsiyyətcil olmalı.

 


Texniki biliklər:



·      MS Office 
·      Google Drive (Docs, Drive, Forms, Gmail, Sheets)
·      Spreadsheets (Excel, Google Drive, Open Office, Pivot tables)
·      Presentations (PowerPoint, Canva, Google Slides, Tableau)
·      Team collaboration (MS Teams, Dropbox, Slack)

 


Xarici dil bilikləri:



·      Rus dili (səlis danışıq səviyyəsində)
·      İngilis dili (arzuolunandır)

 


Vəzifə öhdəlikləri:



·      Vətəndaşlara xidmət sahəsi üzrə namizədlərin seçimi, yeni işə götürülmüş əməkdaşlara təlim keçirilməsi və inkişaf etdirilməsi, həvəsləndirmə və səlahiyyət vermə yolu ilə məsul ola biləcəkləri mühitin yaradılması;
·      Vətəndaş məmnunluğu istiqamətində təcrübənin təkmilləşdirilməsi;
·      Vətəndaş problemləri ilə maraqlanmaq və həllinin izlənilməsi;
·      Komanda üçün aydın olan iş vəzifələrinin təyin olunması;
·      Əməkdaşların iş yükünün planlaşdırılması, düzgün bölgüsü və nəzarəti
·      Xidmət prosedurları, siyasətləri və standartlarının inkişaf etdirilməsi üçün təkliflərin verilməsi;
·      Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya minimuma endirilməsi;
·      Dəqiq statistik hesabatların aparılması;
·      Sahə üzrə inkişafın izlənilməsi, həmin inkişafa paralel inkişaf etmək, təkmil təcrübələrin sahə üzrə tətbiq olunması;
·      Kəmiyyət və keyfiyyət üzrə hədəflərə çatmaq üçün resurslara nəzarət və aktivlərdən düzgün istifadə;
·      Prioritetlərə uyğun olaraq nizamlı iş axının təmin edilməsi;
·      Tabeçiliyinidə olan əməkdaşlara xidmət ilə əlaqədar mütəmadi təlimlərin keçirilməsini təmin etmək;
·      Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması və rəhbərliyə təqdim etmək.

Müraciət üçün: [email protected] (Mövzu hissəsində müraciət olunan vakansiya üzrə struktur bölmənin adının qeyd olunması mütləqdir)
Yalnız tələblərə cavab verən namizədlərə geridönüş olacaqdır.
Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifə üzrə nəzərdə tutulmuşdur. 
Son müraciət tarixi: 18.04.2025

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 272
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 872
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 757
Azərbaycan Texnologi...