Bazar, 11 May, 2025

Əmək yarmarkası keçiriləcək


  • Dərc edildi: 28 Sentyabr, 2022 - 14:12
Əmək yarmarkası keçiriləcək

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının dəstəyi ilə Sabunçu rayon Gənclər Evində və “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin təşəbbüsü və Abşeron-Xızı Regional Məşğulluq filalının dəstəyi ilə Sumqayıt şəhəri əmək yarmarkası keçiriləcək.

 Tədbirdə Sumqayıt, Abşeron və Xızı üzrə 23 müəssisə tərəfindən 170-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.

 “OBA Market” MMC-də qeyd olunan vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər isə göstərilən tarixdə müvafiq ünvana yaxınlaşa bilərlər.

 Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

 Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

 Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır.

 Yarmarka keçiriləcək ünvan və tarix:

 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 91A

 30 sentyabr, 2022

 10:00 – 13:00

 Sumqayıt şəhəri, 9 mkr

 30 sentyabr, 2022

 10:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 318
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 748
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 383
Xaricdə təhsil almaq...