Cümə, 22 Avqust, 2025

Kənd məktəblərində kitabxanalar qurulmasına sən də dəstək ol!


  • Dərc edildi: 28 Noyabr, 2023 - 15:53
Kənd məktəblərində kitabxanalar qurulmasına sən də dəstək ol!

Kənd məktəblərində kitabxanalar qurulmasına sən də dəstək ol!

Bildiyiniz kimi layihəmizin əsas fəaliyyət istiqaməti ucqar kənd məktəblərində "KitabGəzər" kitabxanalarını formalaşdırmaqdır. 4 ildən artıqdır ki, könüllü şəkildə regionlara 18.000-ə yaxın kitab çatdırmışıq. Aktiv fəaliyyətə olan kitabxana sayımız isə 139-dur. "Kitab paylaş, həyat dəyiş!" kitab toplama kampaniyası çərçivəsindəki hədəfimiz 5000 bədii kitab toplamaq və 100 yeni məktəbdə kitabxanalarımızı formalaşdırmaqdır. 

 Bizə necə dəstək ola bilərsiniz? 

 İkinci əl kitablarınızı bölüşməklə; 

 Yeni kitabları ianə etməklə; 

 Maddi dəstək göstərməklə. 

Qeyd edək ki, tərəfdaşlıq etdiyimiz nəşriyyatlar və kitab evlərinin xüsusi endirimləri sayəsində bir məktəb kitabxanası üçün 50 kitabı 113 AZN-ə təmin etmək mümkündür. Yeni və ikinci əl kitablarınızı "Bookzone" kitab evi və ya "Coffie Moffie" kafesinə təhvil verə bilərsiniz. 

Kampaniyamıza istər fərdi, istərsə də, korporativ formada dəstək ola bilərsiniz.

 Ətraflı məlumat üçün sosial media hesbalarımıza və ya e-poçt ünvanımıza ([email protected] ) yaza bilərsiniz. Məlumatlılıq üçün baxa bilərsiniz: "Kitabxanalar necə fəaliyyət göstərir?": https://www.instagram.com/p/Cz38JMnNC07/ 

"Nə üçün davamlı müəllif görüşləri edirik?": 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 347
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 70
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7201
Sumqayıt Dövlət Univ...