Çərşənbə, 3 Sentyabr, 2025

Sürücü vakansiyası


  • Dərc edildi: 15 May, 2023 - 20:47
Sürücü vakansiyası

Vəzifə: Sürücü 

Təsnifatı: İnzibati işlər departamentinin direktoruna və Nəqliyyat şöbəsinin müdirinə hesabat verir. Əsas vəzifəsi avtonəqliyyat vasitələrinin idarə olunmasıdır. 

Vəzifə öhdəlikləri 

 Avtonəqliyyat vasitələrinin qəzasız, səliqəli və müvafiq texniki qaydalara uyğun istismarını həyata keçirmək; 

 Dispetçerin verdiyi sifarişlər əsasında sərnişini və yükü göstərilmiş ünvanlara təhlükəsiz, səmərəli marşrut seçməklə çatdırmaq; 

 İstifadə etdiyi avtonəqliyyat vasitəsi sıradan çıxdığı təqdirdə müvafiq aktların, sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək; 

 İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə, yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək; 

 Təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək; 

Yol hərəkət və təhlükəsizlik qaydalarına əməl etmək və sərnişindən eynisini tələb etmək; 

Təhkim olunduğu avtonəqliyyat vasitəsini təhvil-təslim aktı ilə təhvil almaq və təhvil vermək; 

Tələblər: 

 Sürücülük vəsiqəsi; 

Peşəkar sürücülük bacarığı; 

 Müvafiq sahədə 3 il iş təcrübəsi; 

 Yol hərəkəti qanunları və qaydaları haqqında biliklər; 

 Nəqliyyat vasitəsi barədə texniki bilik. 

Bilik və bacarıqlar: 

 Tənqidi qəbul etmə və təzyiq altında işləmə bacarığı; 

 Detallara diqqətlilik; 

Şirkət haqqında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələrini əks etdirməyə yönəlmiş doğru məzmunlu informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır.

Qeyd edilən tələblər sizə uyğundursa, komandamıza qoşulun!
"Sürücü" qeyd etməklə CV -nizi [email protected] ünvanına yollaya bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1081
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 242
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8066
Sumqayıt Dövlət Univ...