Cümə axşamı, 21 Avqust, 2025

StudyNet Group "Studynet Xaricdə Təhsil sərgi-yarmarkası 2023" üçün könüllü qəbulunu elan edir


  • Dərc edildi: 1 Mart, 2023 - 19:09
StudyNet Group "Studynet Xaricdə Təhsil sərgi-yarmarkası 2023" üçün könüllü qəbulunu elan edir

Beynəlxalq sərgidə könüllü olmaq və üfüqlərini genişləndirmək istəyirsən?

 

StudyNet Group "Studynet Xaricdə Təhsil sərgi-yarmarkası 2023" üçün könüllü qəbulunu elan edir!

Uzun zamandır gözlədiyiniz könüllülük proqramına qeydiyyat başladı!

 

Hər il keçirilən "Xaricdə Təhsil" sərgisində könüllü fəaliyyətin ən üstün tərəflərindən biri də ondan ibarətdir ki, burada gənclər beynəlxalq universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyətdə olmaqla, öz xarici dil bacarıqlarını, ünsiyyət qabiliyyətlərini, sosial çevrələrini genişləndirmək fürsəti əldə edirlər.

 

Tədbir 11 mart 2023-cü il tarixində Landmark Baku-da baş tutacaq. 

Qeydiyyatdan keçən müraciətçilər treyninq üçün mərkəzə dəvət olunacaq.

Könüllülər sonda rəsmi sertifikat ilə təltif olunacaqlar.

 

Kimlər müraciət edə bilər:

18-24 yaş aralığındakı gənclər;

Beynəlxalq tədbirlərdə iştirak etməyə motivasiyalı gənclər;

Aktiv könüllülük fəaliyyətinə sahib kreativ gənclər;

Ünsiyyət və komandada işləmək bacarığına sahib gənclər;

İngilis dili biliyi əsas amillərdəndir.

 

Müraciət üçün son tarix: 7 Mart 2023-cü il, saat 23:59

Qeydiyyat linki: https://bit.ly/3ZuJFWn

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 188
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7126
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1850
Azərbaycan Texnologi...