Cümə axşamı, 14 Avqust, 2025

Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir


  • Dərc edildi: 13 Fevral, 2025 - 14:53
Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir

Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir



Uşaqların I sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ tətbiq olunur:

Uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması;

Uşağın bacı və ya qardaşlarından birinin həmin ümumi təhsil müəssisəsində təhsil alması;

Uşağın valideynlərindən birinin həmin ümumi təhsil müəssisəsində işləməsi.

Ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edildi. 

Bu il isə Sumqayıt şəhəri üzrə də prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan edilib. 

Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi (https://lnkd.in/eCfi9niF) və Abşeron-Xızı Regional Təhsil İdarəsinin (https://lnkd.in/eiK8tEvc) rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. 

Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6471
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1437
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 557
“İnnovativ məktəb” l...