"Bir Müəllimin Manifesti" ixtisasartırma proqramı üçün qeydiyyat başladı

"Bir Müəllimin Manifesti" ixtisasartırma proqramı üçün qeydiyyat başladı.

 

“Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı yerli və xarici professor-müəllim heyəti tərəfindən həyata keçiriləcəkdir. Dərslər Azərbaycan və ingilis dillərində tədris olunacaqdır.

İxtisasartırma proqramı Qazax Müəllimlər Seminariyasında/ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində əyani və onlayn formada aparılacaqdır. Aşağıda qeyd olunmuş dərslər cari ilin oktyabr ayından başlayaraq ayda 2 həftəsonu (4 tam gün) əyani şəkildə, digər vaxtlar isə ADA Universitetinin "Blackboard" öyrənmə platforması üzərindən onlayn həyata keçiriləcəkdir:

  1. Akademik məqsədlər üçün İngilis dili ("English for Academic Purposes")
  2. Müasir Təlim və Tədrisin Əsasları ("Fundamentals of Contemporary Teaching and Learning")
  3. Tədris proqramının təşkilində yaradıcı yanaşma ("Creative Course Design")
  4. Təhsil layihələrin hazırlanması ("Project design in education")

Dərslər oktyabr ayında başlayacaq.

Vaşinqton Mərhələsi

Proqramın ABŞ-də keçiriləcək hissəsi 5-6 həftə müddətinə tamamilə əyaniingilis dilində 2025-ci ilin fevral - mart aylarında keçirilməsi nəzərdə tutulmuşdur.

Bu müddət ərzində proqram iştirakçıları yuxarıda qeyd olunan dərslərdən əlavə, ADA Universitetinin Vaşinqton Mərkəzində və ABŞ-nin Corc Vaşinqton Universitetinin Təhsil və Kadrların İnkişafı İnstitutunda təşkil olunacaq seminar, mühazirə və konfranslarda iştirak edəcək, müxtəlif yerli məktəb, kollec və universitetlərə səfər edəcəklər. Həmçinin iştirakçılar Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edəcək, muzey və mədəniyyət mərkəzlərini də ziyarət edəcək, ingilis dilini təkmilləşdirəcək və ABŞ-nin qabaqcıl təhsil sistemi ilə yaxından tanış olacaqlar.

Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar.

İştirak üzrə tələblər və seçim meyarları:

  • Bakı və Sumqayıt şəhərləri istisna olmaqla, Azərbaycanın digər şəhər və rayonlarında işləyən orta məktəblərin müəllim və direktorları;
  • Minimum 3 il fənn sahələrinin tədrisində pedaqoji təcrübəsi olan orta məktəb müəllim və direktorları;
  • Müəllimlərin işə qəbul (MİQ) və ya Sertifikasiya imtahanlarından minimum 40 bal toplayan namizədlər;
  • Namizədlərin ingilis dili bilikləri orta səviyyədə ("intermediate") olmalıdır. İngilis dili biliklərini təsdiq edən minimum TOEFL 44-49/ IELTS 5/ Duolingo 75 beynəlxalq imtahan nəticələri olanlar müvafiq sənədi təqdim etməlidirlər.

Namizədlərin və proqram iştirakçılarının seçim prosesi:

  • Namizədlərin müraciət ərizə formaları ilkin mərhələdə dəyərləndiriləcəkdir.
  • İkinci mərhələdə seçim müsahibə (ingilis dilində) əsasında aparılacaqdır.

Proqramın ABŞ komponentinə seçim 3 meyardan ibarətdir:

1. Müsahibə mərləhəsindən uğurla keçən iştirakçılar;
2. Yerli proqramda və xüsusilə yekun ingilis dili imtahanından yüksək göstəricilər nümayiş etdirən iştirakçılar;
3. Yekun qərar proqramda tədris aparan müəllimlər və proqram rəhbərlərindən ibarət müsahibə komitəsi tərəfindən verilmiş rəylər əsasında veriləcəkdir.

Tələb olunan sənədlər:

1. Onlayn Ərizə forması
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. CV
4. İngilis dili sertifikatları (əgər varsa)

Sənədlər 05 sentyabr 2024-cü il tarixinədək qəbul olunacaq. Əlaqə üçün: [email protected]  

Qeyd: Onlayn ərizəni tam doldurmayan namizədlərin müraciətinə baxılmayacaq.

ADA Universiteti sınanmış təcrübəsini regionlarla bölüşməkdən qürur duyur və Azərbaycan Respublikasında təhsilin inkişafına öz töhfəsini verməyə hazır olan namizədləri gözləyir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az