İnsan Resursları üzrə mütəxəssis (Qaradağ) vakansiyası

“Avanqard N” şirkəti İnsan Resursları üzrə mütəxəssis (Qaradağ) vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

Şirkət üzrə İnsan Resursları departamentinə aid ARƏM-ə uyğun olaraq bütün növ sənədlərin tərtib edilməsi və icrası (tələb olunan sənədlərin toplanması, işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s.)
Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması
Açıq olan vakansiyaların elana hazırlanılması və yerləşdirilməsi
İlkin müsahibənin aparılması
İşə qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin icrası
İşçilərlə müqavilələrin bağlanması, vəzifə təlimatlarının, iş təsvirlərini hazırlanması
İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi
İstehsalat sahəsində əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası 
Biznesin təkamülü üçün müxtəlif fəaliyyətlər arasında kadr ehtiyyatlarının paylaşdırılmasını optimallaşdırmalı
Resurslardan səmərəli istifadə və məqsədlərə nail olmaq üçün istifadə olunan siyasətləri, prosedurları və metodları hazırlamalı
Müxtəlif texniki, peşəkar və hüquqi məsələlər üzrə yazışmalar aparıb hesabatlar hazırlamalı və təqdim etməli
İllik İR büdcəsinin hazırlanmasına yardım etməli
İş yerində araşdırmaların aparılması və faktların araşdırılmasında iştirak etmək; həll strategiyalarını tövsiyə etmək və həyata keçirmək
Şikayətlərə və intizam məsələlərinə baxılması;
 
Əmək haqqı:
Razılaşma yolu ilə.
                                                                                                           
İş şəraiti:
İş saatı: 08-00-dan 17-00-dək;
Şənbə: yarım iş günü
İstirahət: Bazar günü.
 
Tələblər:
İnsan resursları sahəsində təcrübəsi (istehsalat sektorunda təcrübəsi olmağı üstünlükdür)
Ali təhsil
AR-nın Əmək Məcəlləsini bilməli
İstehsalat sahəsinə aid vəzifə və peşələr haqqında bilgilərin olması
İdarəçilik bacarığı
Təşəbbüskar olmalı
Problemləri həll etmə bacarığı
Dil bilikləri: Azərbaycan, Rus, İngilis
Kompüter proqramları: MS Office; 1C
Yüksək ünsiyyət və komandada işləmək bacarığı.
 
Qeyd:
 
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az