Şənbə, 7 İyun, 2025

İnsan Resurslarının Planlaşdırılması Üzrə Aparıcı Mütəxəssis vakansiyası


  • Dərc edildi: 19 Fevral, 2025 - 16:19
İnsan Resurslarının Planlaşdırılması Üzrə Aparıcı Mütəxəssis vakansiyası

Vakansiya: İnsan Resurslarının Planlaşdırılması Üzrə Aparıcı Mütəxəssis



Vəzifə öhdəlikləri:


- İnsan resursları planlaşdırılması üzrə təkliflərin hazırlanması və tətbiqi;
- Şirkətin strateji hədəflərinə uyğun olaraq işçi qüvvəsinə olan tələbatın müəyyən edilməsi;
- İş analizlərinin aparılması və nəticələrin qiymətləndirilməsi;
- İnsan resursları üzrə müvafiq təlimatların hazırlanması və tətbiqinə nəzarət;
- Vəzifələr üzrə səriştələrin müəyyən edilməsi və inkişaf planlarının hazırlanması;
- İşçi qüvvəsinin və performansının izlənilməsi, iş yükü analizlərinin aparılması;
- Təşkilati struktur və iş gücü optimizasiyası ilə bağlı təkliflərin hazırlanması;
- İnsan resursları üzrə müxtəlif hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
 


Tələblər:


- Ali təhsil;
- İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
- İnsan resurslarının planlaşdırılması sahəsində təcrübə və praktik biliklər;
- Güclü analitik düşüncə və statistik məlumatlarla işləmə bacarığı;
- Microsoft Office (xüsusilə Excel) proqramlarını yüksək səviyyədə bilmək;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Azərbaycan dilində sərbəst danışmaq (İngilis dili biliyi üstünlükdür).
 


İş Qrafiki:


- Həftə içi 5 gün, iş saatı: 08:00-17:00
 


Biz təklif edirik:


- Müasir, dinamik və səmərəli iş mühiti.
- Karyera və fərdi inkişaf imkanları.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində "İnsan resurslarının planlaşdırılması üzrə aparıcı mütəxəssis" qeyd olunmalıdır.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərin müraciətlərinə baxılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 112
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 285
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 82
Elm və təhsil naziri...