Senior Graphic Designer / Art Director vakansiyası

Leadlab Kreativ Marketinq Agentliyi olaraq komandamızda yeni peşəkar simalar görmək istəyirik!

Senior Graphic Designer / Art Director vakansiyamız aktivdir! 

Kreativ komandanın başında olmaqla aydın, kreativ konseptlərin hazırlanması əsas öhdəlikdir. Konseptlərin müştəri briflərinə, marketinq planlarına, hədəflərinə, strateji mövqelənmələrinə və hədəf auditoriyaların insaytlarına uyğun olduğundan əmin olmaqla bərabər, ideya mərhələsindən final icrasına qədərki bütün mərhələlərinə rəhbərlik etmək. Əsas rolu rəhbərlik etdiyi komandaya işi bölüşdürmək, istiqamətləndirmə etmək və tamamlanmış ideyaları komandaya və müştəri tərəfinə təqdim etməkdir. 


İşi nədən ibarət olacaq:

Kreativ komanda ilə tandemdə aydın və kreativ ideya və konseptlərin hazırlanması
İdeyaları effektiv vizuallaşdırmaq üçün Moodboard, Storyboard hazırlanması, qaralamaların çıxarılması
Kreativ komanda ilə müxtəlif formatlı materialların hazırlanması üzərində işləmək
Rəhbərlik etdiyi komandanın iş bölgüsünü etmək
Tamamlanmış ideyaları və konseptləri müştəri və daxili komandaya təqdim etmək
Bazar trendlərindən daimi olaraq məlumatlı olaraq, yerli və dünya təcrübəsini araşdıraraq ən yaxşı təcrübələri öyrənmək və lazım olduqca tətbiq etmək.


Kimi axtarırıq:

Öz sahəsində ən azı 3 il real və dolğun iş təcrübəsi olanlar (Agentlik təcrübəsi mütləqdir!) 
Dedlaynlarla və planlı şəkildə işləməyi bacaran
Kreativliyin bəsit söz oyunları ilə əlaqəsi olmadığını, manipulyasiyalarla ilə bitmədiyini bilən və hədəf kütlə insaytlarını əsas götürən
Kreativ, gənc, peşəkar komanda ilə işləmək üçün yetəri qədər motivasiyalı və təcrübəli olan
Bazarı çalxalamaq və ortaya möhtəşəm işlər qoymaq üçün alışıb-yanan istedad! 


Niyə Leadlab komandasına qoşulmalısınız?:

Çünki biz Leadlab-da yaradıcılığın inkişaf etdiyi və hər bir komanda üzvünün ümumi uğurlara əhəmiyyətli təsir göstərmək imkanına malik olduğu dəstəkləyici iş mühitini inkişaf etdiririk. Senior Graphic Designer / Art Director olaraq, müxtəlif sahələr üzrə müxtəlif müştəri portfeli ilə işləmək, kreativ konseptlərin, vizual kommunikasiyaların formalaşdırılmasında vacib rol oynamaq və bazarda iz qoyacaq nəticələr əldə etmək şansınız olacaq. Qeyd olunanlarda özünüzü gördünüzsə, bizə qoşulun!


Müraciət etmək üçün:

"Niyə bu pozisiya üçün siz daha yaxşı namizədsiniz?" sualına cavabla birlikdə CV və Portfolio-nuzu "Senior Graphic Designer / Art Director" başlığı ilə [email protected] mailinə göndərməyiniz kifayətdir. Tələb olunan əməkhaqqı və işə başlamaq üçün mümkün vaxtı da qeyd etməyiniz intervyuya dəvət olunmanız üçün əlavə səbəb olacaq.

İş və ofis barədə:
Həftədə 5 gün, 09:30 - 18:30 olmaqla
Müasir və tam rahat ofis, 7/24
Dinamik və peşəkar komanda


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az