Çərşənbə axşamı, 15 İyul, 2025

İT Layihə Meneceri Təcrübə Proqramı


  • Dərc edildi: 18 Aprel, 2025 - 18:02
İT Layihə Meneceri Təcrübə Proqramı

Biz, OKMEDİA MMC, komandamıza  İT Layihə Meneceri (Project Manager) axtarırıq. 

 

Əgər texnologiya sahəsində geniş bilikləriniz varsa, layihələrin uğurlu idarəedilməsində təcrübəniz və ya həvəsiniz mövcuddursa və güclü liderlik bacarıqlarına sahibsinizsə, sizinlə tanış olmaqdan məmnun olarıq!

 

Təcrübə proqramı barədə məlumat:

- IT əsaslı layihələrin idarə olunması (öyrədiləcək)

- Domain, Hosting qeydiyyatının həyata keçirilməsi (öyrədiləcək)

- Təhvil verilmiş vebsaytın idarə olunmasını müştəriyə izah etmək (öyrədiləcək)

- Layihələrin sənədləşmə proseslərinin idarə olunması 

- Əlaqəli müəssisələr ilə koordinasiyanın davamlılığını təmin etmək

 

 

Şərtlər:

- Koroğlu m. yaxınlığında əla şəraitli ofis 

- Gənc və yaradıcı komanda ilə əyləncəli iş mühiti

- Şirkətin ehtiyat kadr bankına əlavə olunma

- Korporativ nömrə, telefon, macbook ilə təmin olunma

- Həftədə 5 gün, 10:00-dan 18:00-dək 

- Proqram müddəti: 3 ay

 

Namizədə tələblər

- IT sahəsində təhsil alanlara üstünlük veriləcək
- Sosial aktivliyi olan gənclərə üstünlük veriləcək

- İnnovasiya və rəqəmsal trendləri yaxından təqib edən 

- Əla ünsiyyət və kommunikasiya bacarığı

- Yeni yaradıcı ideyalar təqdimetmə bacarığı
- Dil bilikləri: azərbaycan dili, ingilis dili B1+

 

 

Proqramı uğurla bitirən məzunlar IT şirkəti tərəfindən sertifikatla təmin olunacaqlar.

 

Müraciət:

Müraciət üçün Fotoşəkilli CV faylınızı "PM Intern" mövzusu ilə “[email protected]” ünvanına göndərin.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır
14 İyul, 2025 - 21:50 205
Bağçada tərbiyəçi-mü...
Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 4644
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 188
Tələbələrin köçürülm...