Çərşənbə axşamı, 3 İyun, 2025

Telesatış üzrə kiçik mütəxəssis vakansiyası


  • Dərc edildi: 15 Oktyabr, 2024 - 15:34
Telesatış üzrə kiçik mütəxəssis vakansiyası

Telesatış üzrə kiçik mütəxəssis vakansiyası
 

 

Böyüyən və inkişaf edən komandamızın üzvü ol!
Vəzifə:  Telesatış üzrə kiçik mütəxəssis

Namizədə dair gözləntilər və xüsusi tələblər:

Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər; 
Dil bilikləri- azərbaycan dili-əla; rus dili-əla, ingilis dili -arzuolunandır.
Ali təhsil;
İş təcrübəsi: müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Səlis nitq, fikri aydın izah etmə bacarığı;
Ünsiyyət qurmaq bacarığı;
Komandada işləmək bacarığı;
Məsuliyyətli;
Problem həll etmək bacarığı.

Vəzifə öhdəlikləri:

Müştərilər ilə bağlantı yaradaraq sığorta məhsulu satışının həyata keçirilməsi;
Müştəri istəklərini təhlil edərək sığorta məhsulları üzrə təkliflərin hazırlanması;
Müştərilərlə əlaqə saxlayıb, şirkətin təqdim etdiyi təkliflərlə tanış edilməsi;
Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması;
Təqdim olunan bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zəng edilməsi;
Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
Rəhbərliyin tapşırığına əsasən yerinə yetirilmiş işlər barəsində müxtəlif hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.

Əlavə məlumat:

İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri;
İmtiyazlar: Tibbi sığorta; 
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Telesatış üzrə kiçik mütəxəssis) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 176
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 41
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 153
Lisey və gimnaziyala...