reklam

UPSHIFT Sosial İnnovasiya Proqramına start verilir!

UPSHIFT Sosial İnnovasiya Proqramına start verilir!

 

Proqram haqqında

UNICEF-in qlobal gənclər üçün sosial innovasiya proqramı olan “UPSHIFT” yeniyetmələrin və gənclərin bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onlara icmalarındakı problemləri müəyyən etmək və həmin problemlərə məhsul və ya xidmətlər şəklində həll yolları hazırlamaq, layihələndirmək imkanı yaradır.

Proqram gənclərin məşğulluq və həyat üçün bacarıqlarını inkişaf etdirir və onların sosial innovator və sahibkar kimi inkişaf etməsinə töhfə verir. Beləliklə də gənclərin təhsildən əmək bazarına keçid bacarıqları və məşğulluq imkanları artır.

UPSHIFT Azərbaycanda

UNICEF Azərbaycan Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıqda 2024-cü ildən etibarən UPSHIFT proqramının Azərbaycanda icrasına başlamışdır.

Ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik” ilinin qeyd edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29cu  sessiyasının (COP29) keçirilməsini nəzərə alaraq proqram çərçivəsində hər bir şəhər üzrə sosial və xüsusilə ekoloji yönümlü innovativ ideyaları və həlləri olan 200-ədək gəncin layihəyə cəlb edilməsi nəzərdə tutulur.

Lənkəran şəhəri

UNICEF Azərbaycan, Gənclər və İdman Nazirliyi və Niderlandın Azərbaycandakı Səfirliyinin əməkdaşlığı ilə  Lənkəran şəhərində UPSHIFT - gənclər üçün sosial innovasiya poqramının icrasına start verilir. Qeyd edək ki, bu təşəbbüs Niderlandın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilən "Gənc qızların bacarıqlarının artırılması və icma təşəbbüslərinə cəlb ediməsi yolu ilə səlahiyyətləndiriməsi” layihəsi çərçivəsində icra edilir.

Proqram gənclərə aşağıdakı imkanları yaradır.

  • İdeyalarınızı necə dizayn etməyi, inkişaf etdirməyi və həyata keçirməyi öyrənin;
  • Peşəkar təcrübənizi və bacarıqlarınızı inkişaf etdirin;
  • İcmanıza və ətraf mühitinizə töhvə verəcək sosial və ya ekoloji problemləri həll edin;
  • Eyni maraqları bölüşən və sosial rifah üçün həvəsli olan digər gənclərlə əlaqə qurun;
  • Və nəhayət, ideyanızı reallaşdırmaq üçün 2000 AZN maliyyə fürsəti qazanın.
  • Seçilmiş komandalar müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibəni uğurla keçən komandalar 2024-cü ilin iyul və avqust ayları ərzində aşağıdakı fəaliyyətlərdə iştirak edəcəklər:

  • Maliyyə savadlılığı və sahibkarlıq təlimi (5 gün, hibrid formatda);
  • UPSHIFT: Sosial İnnovasiya Proqramı  (3 gün) 

 

UNICEF

Tələblər:

-         Komandanız  ən az 3 nəfərdən, ən çox isə 5 nəfərdən ibarət olmalıdır;

-         Komandanızın gender baxımından müxtəlifliyi üstünlükdür;

-         Komandanızın bütün üzvləri 17-24 yaş aralığında olmalıdır;

-         Komanda üzvləri Lənkəran şəhərinin sakinləri olmalıdır;

-         Komandanızın təklif edəcəyi sosial-ekoloji innovativ həll yaşadığınız regionda mövcud (sosial və ya ətraf mühitlə bağlı) problemin həllinə yönəlik olmalıdır;

-    Qızların iştirakçılığına və rifahına müsbət təsir göstərən ideyalara üstünlük veriləcəkdir.

Necə müraciət etməli?

3-5 nəfərlik komanda qurun və müraciət formasını doldurun: https://forms.office.com/e/Ytc1NxfgjN

Müraciət formasının doldurulması üzrə əlavə məlumat üçün bu bələdçiyə keçid alın:  

DOWNLOAD

Müraciət zamanı çətinlik yaranarsa bu e-mail ünvanına müraciət edin: [email protected]

Müraciət üçün son tarix, 22 iyul 2024-cü il

Sumqayıt və Mingəçevir şəhərləri üzrə ərizələrin qəbulu 2024-cü ilin sentyabr ayında elan ediləcəkdir.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az