Bazar, 24 Avqust, 2025

“İR üzrə aparıcı mütəxəssis” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 9 Fevral, 2023 - 17:00
“İR üzrə aparıcı mütəxəssis” vəzifəsi üzrə vakansiya

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi “İR üzrə aparıcı mütəxəssis” vəzifəsi üzrə namizədlər üçün vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
·    İşəqəbul planının işçi qüvvəsi planı və biznes vahidinin resursları/ehtiyacları ilə uyğunlaşdırmaq
·    Vəzifənin kateqoriyasını və tələb olunan təcrübəni müəyyənləşdirmək
·    İşəqəbul metodlarının və kanallarını müəyyənləşdirilmək
·    Namizəd tövsiyə etmə proqramlarını idarə etmək
·    İşəqəbul kanallarını idarə etmək
·    Namizəd seçmə metodlarını müəyyənləşdirilmək və tətbiq etmək
·    Namizədlər ilə müsahibələri təşkil etmək və namizədlərə geri dönüş prosesini izləmək
·    Namizədlərin datasını idarə etmək və izləmək
·    Yeni işə qəbul olmuş əməkdaşları agentliyin daxili qaydaları və prosedurları ilə tanış etmək
Tələblər:
Ali təhsil;
SHRM və ya CİPD sertifikatı;
Microsoft Office bilikləri;
Azərbaycan dilini yazı və danışıq səviyyəsinin əla olması:
İngilis dili əlavə üstünlükdür
İR üzrə minimum 3 il iş təcrübəsi;
Yüksək ünsiyyət və davranış bacarığı;
Öz fikirlərini sərbəst ifadə etmək bacarığı;
Komanda ilə işləmək bacarığı;
Təqdimat və təsiretmə bacarığı;
Analitik və təhliletmə bacarığı;
 
Bu meyarlara uyğun namizədlər CV-lərini 20.02.2023-ci il tarixinədək [email protected] ünvanına “İR üzrə aparıcı mütəxəssis” başlığı ilə göndərə bilərlər. Yalnız CV-ləri uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 436
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 86
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7310
Sumqayıt Dövlət Univ...