Bazar ertəsi, 1 Sentyabr, 2025

PROGRO Training & Consulting şirkəti aşağıdakı vəzifələr üzrə vakansiya elan edir


  • Dərc edildi: 22 May, 2024 - 14:27
PROGRO Training & Consulting şirkəti aşağıdakı vəzifələr üzrə vakansiya elan edir

PROGRO Training & Consulting şirkəti aşağıdakı vəzifələr üzrə vakansiya elan edir:



İnsan resursları modulları üzrə təlimçi;
Maliyyə və audit (ACCA) üzrə təlimçi;
PRO Excel üzrə təlimçi;
Rəqəmsal marketing üzrə təlimçi.

Namizədlərin vəzifə öhdəlikləri:

- Əyani təşkil olunan təlimlərin keçirilməsi; (Gəncə şəhərində)
- Daxili təlim standartlarının təmini;
- Ehtiyac yarandığı halda təlim iştirakçılarına fərdi konsultasiya üzrə dəstək göstərmək;
- Mütəmadi olaraq keçirilən təlimlərin səmərəliliyini yoxlamaq;
- Təlim zamanı istifadə olunan materialların hazırlanması;
- Təlim proqramının müəyyənləşdirilməsi.

Təlim qrafiki: Dərslər həftə içi və şənbə günü SƏHƏR/GÜNORTA/AXŞAM saatları üçün təyin olunur.

Xidmət haqqı: Razılaşma yolu ilə.

Namizədlərdən tələblər:
- Ali təhsil;
- Sahə üzrə proqramı tədris etmək bacarığı;
- Müvafiq sahədə minimum 3 il təcrübə;
- Təlimçilik təcrübəsinin olması arzuolunandır;
- Yüksək nitq qabiliyyəti;
- Təlim formatlarına və alətlərinə dair biliklər.

CV-nin PDF formatda göndərilməsi vacibdir.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində “Müvafiq sahə adı-Təlimçi” qeyd etmələri xahiş olunur.
Bizim komandamıza qoşulmaqdan məmnunluq duyacağınıza əminik.
Əlavə sual yarandığı halda aşağıdakı ünvanlarla əlaqə saxlaya bilərsiz.
📍Gəncə şəhəri Nizami Gəncəvi küç. 468A
Tel: 070 994 10 14

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 998
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 210
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7919
Sumqayıt Dövlət Univ...