Cümə, 22 Avqust, 2025

Meqa Sığorta Qrupu sizləri Təlim və Təcrübə proqramında iştirak etməyə dəvət edir


  • Dərc edildi: 14 Dekabr, 2023 - 15:28
Meqa Sığorta Qrupu sizləri Təlim və Təcrübə proqramında iştirak etməyə dəvət edir

Meqa Sığorta Qrupu sizləri Təlim və Təcrübə proqramında iştirak etməyə dəvət edir! 

Əgər siz sığorta müqavilələrinin bağlanması sahəsində bilik və bacarıqlar əldə edərək, əmək fəaliyyəti ilə məşğul olmaq istəyirsizsə - bu sizin üçün ən gözəl imkandır!

Təlim və Təcrübə proqramına qoşulmaq istəyənlər üçün əsas tələblər:
1. Yaş: 18-35 arası
2. Təhsil: Ali təhsili olanlar, Ali təhsil müəssisəsinin 3-4-cü kurs tələbələri, sığorta ixtisası üzrə kollec və peşə məktəblərinin tələbələri və məzunları.
3. İş təcrübəsi: Tələb olunmur
4. Dil bilikləri: Əla səviyyədə Azərbaycan dili (rus və ingilis dili arzuolunandır)
5. İT bilikləri: Word, Excel
Təlim və Təcrübə proqramının müddəti 1 aydır.

Proqramı uğurla bitirən şəxslər Fəxri Fərman ilə təltif olunacaq, müvafiq vakansiya üzrə əmək fəaliyyətinə cəlb olunması təklif ediləcək.

Peşəkar, gənc, mehriban bir komandanın üzvü olmaq və karyeranı qurmaq istəyirsənsə, bizim proqrama gəl, Meqa Həyat ailəsininə qoşul!

Təlim və Təcrübə proqramına qoşulmaq istəyən namizədlərdən [email protected] ünvanına öz CV-ni göndərməyi xahiş edirik.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 279
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 64
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7171
Sumqayıt Dövlət Univ...