Cümə axşamı, 21 Avqust, 2025

Yeni və həvəsli Məzunların Nəzərinə


  • Dərc edildi: 18 May, 2024 - 00:27
Yeni və həvəsli Məzunların Nəzərinə

Yeni və həvəsli Məzunların Nəzərinə,

 

RAM Holdinq Logistika üzrə Assistent axtarır.

 

Namizədə olan tələblər:

 

  • Ali təhsil;
  • Azərbaycan dili səlis, ingilis və rus dili bilikləri yaxşı səviyyədə olmalı;
  • Çalışqan, həvəsli və operativ olmalı.

     

 

Vəzifə öhdəlikləri:

 

  • Daşınmalı olan məhsulla bağlı məlumatların toplanması;
  •  Optimal marşrut xəttlərinin seçilməsi və seçilmiş marşrutlar üzrə qiymət təkliflərinin alınması və daşınma şərtlərinin razılaşdırılması ;
  • Daşıma şirkətlərinin seçimi və qiymətləndirilməsi üçün rəhbərinə müqayisə cədvəllərinin təqdim edilməsi;
  • Daşınan yük barədə sənədlərin gömrük xidməti strukturunun müvafiq əməkdaşlarına təqdim edilməsi;
  • Daşıma prosesinə davamlı nəzarət edilməsi, daşımaçı ilə danışıqların aparılması;
  • Müəyyən edilmiş nöqtələrə yükün çatması barədə müvafiq əməkdaşların məlumatlandırılması;
  • Daşıma əməliyyatlarının uçotunun aparılması;
  • Daşıma ilə bağlı gələn sorğuların qiymət araşdırılmasının icra edilməsi;
  • İxrac ediləcək mallarla bağlı yük sənədlərinin (Invoice, PL, CMR, və s.) hazırlanması;
  • İxrac ediləcək mallarla bağlı İdxalçı firma və daşımaçı ilə danışıqların və yazışmaların aparılması;
  • İstehsalçılarla, Daşımaçılarla müqavilələrin və ya digər növ sənədlərin hazırlanması və bu istiqamətdə danışıqların və yazışmaların aparılması. 

     

 

İş şərtlərimiz:

 

  • Əmək haqqı: 637-731 AZN;
  • İş qrafiki : Həftə içi 5 gün;
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Logistika üzrə Assistent” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...