
Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 29-30 noyabr 2022-ci il tarixində “Coğrafiyanın müasir problemləri, elm və təhsilin inteqrasiyasi” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Tədbir akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Bursa Uludağ Universiteti (Türkiyə), Qırğızıstan Təhsil Akademiyası, Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan) və Tiraspol Dövlət Universitetinin (Moldova) təşkilatçılığı ilə baş tutacaq.
Konfransın əsas bölmələri aşağıdakılardır:
- Landşaftlardan istifadənin müasir vəziyyəti
- İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri
- Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi
- Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri
- İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı
- Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri
- Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri
- Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi
- Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları
- Elm və təhsilin inteqrasiyası istiqamətində mövcud problemlər
- Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri
Qeyd: Məqalələr 15 noyabr 2022-ci ilə qədər qəbul edilir.
Konfransın materialları rəydən keçdikdən sonra müəllifin vəsaiti hesabına çap olunacaq.
Materiala olan tələblər
Mətnin formatı: Microsoft Word (*.doc, *.docx)
Səhifənin formatı: А4 (210x297 мм);
Oriyentasiya: kitab;
Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 см;
Çap: Times New Roman, ölçü (şrift) – 12;
Sətirarası interval: 1;
Paraqraf: 1.25
Məqalənin həcmi: 5-8 səh.
Mətnin orijinallığı: ən azı 70%
Məqalənin tərtibati
Məqalənin içərisində mətnin yeri və quruluşu
İngilis dilində:
Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
Müəllifin adı və soyadı (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);
Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
Xülasə (150 – 200 söz, şrift 11);
Açar sözlər (5-7 söz, şrift 11);
Bir sətir aralı:
Azərbaycan dilində:
ü Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə,ortada, şrift 12);
ü Müəllifin S.A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);
ü Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
ü İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
ü Xülasə (150 – 200 söz, şrift 11,);
ü Açar sözlər (5-7 söz, şrift 11);
Bir sətir aralı:
ü Məqalənin əsas mətni bir sətirdən sonra verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası – 1,25 sm);
ü Ədəbiyyat siyahısı: məqalənin sonunda "İstifadə olunmuş ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətndə ədəbiyyata istinadlar aşağıdakı kimi göstərilir: (Cavid, 2005: s. 78).
Qeyd: Ödəniş yalnız məqalə çapa qəbul ediləndən sonra həyata keçirilir.
Məqalələrinizi – mövzu yerinə konfransın adını yazıb, müraciət ərizəsi ilə birlikdə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
MÜRACİƏT ƏRİZƏSİNIN FORMASI
Müəllifin S.A.A (tam) Status (elmi dərəcə, elmi ad, vəzifə; doktorant, dissertant, magistrant, bakalavr) İş (təhsil) yeri Əlaqə telefonu E-mail Məqalənin adı Bölmənin adı
MƏQALƏNİN TƏRTİB FORMASI
(nümunə):
UOT:
TITLE OF THE ARTICLE
Nargiz Samedova
PhD, Associate Professor
Baku State University, Azerbaijan
Email:
ORCİD İD: 0000-0001.........
Abstract: text, text, text, text, text (min.150 words).
Key words: text, text, text, text, text (5-7 words).
UOT:
MƏQALƏNİN ADI
Səmədova Nərgiz Paşa qızı
filol.üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti, Azərbaycan
Email:
ORCİD İD: 0000-0001.........
Xülasə: Mətn. Mətn. Mətn. Mətn. Mətn (min.150 söz).
Açar sözlər: Mətn. Mətn. Mətn. Mətn. Mətn (5-7 söz).
Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni (Cavid, 2005: s.78). Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. (Гиркин, 1998: с.123).
İstifadə edilmiş ədəbiyyat
1. Cavid, H. (2005). Seçilmiş əsərləri: 5 cilddə. III c. –Bakı: Lider nəşriyyatı. – 304 s.
2. Гиркин, И. В. (1998). Новые подходы к организации учебного процесса с использованием современных компьютерных технологий. // Информационные технологии. № 6. – С. 125-144.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur