166 Yükdaşıma və Logistika şirkəti “İnsan Resursları üzrə mütəxəssis” vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
· Qanunvericiliyin tələblərinə uyğun bütün növ əmrlərin hazırlanması, təsdiqlənməsi üçün imzaya təqdim olunması və onların qeydiyyatının aparılması;
· Arayış, xasiyyətnamə, xəstəlik vərəqələri, çıxarışlar, əmək haqqı (aylıq iş vaxtının uçot tabelinin (maliyyə şöbəsinə təqdim edilir), məzuniyyət cədvəlləri və s.), işçilərin gündəlik davamiyyət cədvəli və tələb olunan digər müvafiq sənəd və hesabatların hazırlanması, qeydiyyatı və onlara nəzarət edilməsi;
A.R. Əmək Qanunvericiliyinə əsasən yeni işçilərin sənədlərinin qəbulu, əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi, xitam verilməsi, vəzifə dəyişikliyi, mükafatlandırılması, ezamiyyətə göndərilməsi və sair ilə bağlı sənədlərin rəsmiləşdirilməsi, habelə Əmək Müqaviləsi bildirişlərinin ƏMAS altsisteminə daxil edilməsi, müvafiq sənədləşmənin icra edilməsi və ƏMAS-la bağlı digər əməliyyatların vaxtında yerinə yetirilməsi;
İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparılması, bütün növ məzuniyyətlərin rəsmiləşdirilməsi və məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsinə nəzarət;
Əmək kitabçalarının qəbulunu, əmrlər əsasında qeydlərin aparılaraq yazılmasını və saxlanılmasını təmin etmək;
İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin müntəzəm qeydiyyatının aparılması;
İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) barədə məlumatları maliyyə şöbəsinə təqdim etmək;
Birbaşa rəhbərinin İR dair digər tapşırıqlarının yerinə yetirilməsi və İR ilə əlaqədar olan bütün məsələlərdə köməkliyin göstərilməsi.
Tələblər:
· Ali təhsil (insan resursları,psixologiya sahəsində olması üstünlükdür);
· Kadr və sənədləşdirmə sahəsində ən azı 2 illik iş təcrübəsi olmalı;
· AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı bilməli;
· ƏMAS (peşəkar iş təcrübəsi mütləqdir) sistemində, İSB portalında, və Məşğulluq dövlət orqanları ilə işləməyi və əməliyyatların aparılmasını bilməli;
· MS Office (Word, xüsusilə Excel, 1 C ) proqramlarında sərbəst işləmək bacarığı;
· Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə prosesini bilməli;
· İR idarəedilməsi, funksiyaları, prosedurları, normativ, metodik və digər rəhbər materiallar haqqında biliyə sahib olmalı;
· Kadrlarla bağlı bütün məlumatları və hərəkətləri 1C 8.3. proqramında aparmaq bacarığına malik olmalı;
· Kadrlarla bağlı sənədlərin rəsmiləşdirilməsi, aparılması və saxlanılması qaydalarını bilməli;
· İnsan resurslarına dair hesabatları tərtib etmək səriştəsinə malik olmalı.
İş şəraiti:
· İş qrafiki: 09:00-18:00;
· Əmək haqqı : Müsahibə əsasında təyin olunacaq.
· Ünvan: Yeni Həyat Plaza ( Zərifə Əliyeva küçəsi 55).
Uyğun namizədlərdən CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı altında [email protected] ünvanına göndərməkləri xahiş olunur.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur