Çərşənbə, 4 İyun, 2025

KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 22 Fevral, 2023 - 17:04
KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya

“Kapital Bank” ASC namizədləri Biznes kreditlərin anderraytinqi departamentinin KOS kreditlərin təhlili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

 

  • Kredit, qarantiya skorinq prosesi kredit, qarantiya sifarişlərinə baxmaq və təhlil etmək;
  • Kredit, qarantiya skorinq modellərininin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
  • Kreditləşmə prosesləri üzrə protokol, təhlil, memorandum, kalkulyator və s. formaların qurulmasında, təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
  • Müraciətlər əsasında Kiçik və Orta Sahibkarlıq subyektləri üzrə kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlili həyata keçirmək və onlar barədə rəy vermək;
  • Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;
  • Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak etmək;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.

 

Tələblər

 

  • Ali təhsil;
  • Bank sahəsində kredit və qarantiya məhsulları üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Qarantiya və kredit məhsulları sifarişləri üzrə təhlil bacarığı;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
  • ACCA F3/FFA, ACCA F7/FR (arzuolunan);
  • Yüksək səviyyədə Excel bacarığı (reportların və excel şablon/kalkulyatorların hazırlanması);
  • PowerPoint və prezentasiya proqramları üzrə işləmək bacarığı;
  • Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması istiqamətində təklifləri vermək;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti.

 

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 231
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 62
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 160
Lisey və gimnaziyala...