Bazar, 1 İyun, 2025

Gənclər və İdman Nazirliyi işə qəbul elan edir


  • Dərc edildi: 28 Yanvar, 2023 - 21:17
Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

Gənclər və İdman Nazirliyi işə qəbul elan edir.

Aşağıda adı qeyd edilən təsərrüfat hesablı idman obyektinin direktor vəzifəsinə sənəd qəbulu elan edilir:

- Ağcabədi Olimpiya İdman kompleksi

Qeyd edilən vəzifəyə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:

- Ali təhsil;

- Minimum iş stajı - 5 il;

- Yaş həddi - 55 yaşadək.

Təqdim ediləcək sənədlər:

- Linkdə verilmiş (https://bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Ali təhsil haqqında diplomun surəti.

Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. İdarəetmə və idman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.

Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix: 4 fevral 2023-cü il, saat 12:00-dək

Əlavə məlumat üçün telefon: (012) 465-65-72

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 126
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 180
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 99
XVIII Beynəlxalq Ast...