Bazar, 24 Avqust, 2025

Qış Universiteti üçün iştirakçıların seçimi məqsədilə qiymətləndirmə imtahanları davam edir


  • Dərc edildi: 30 Yanvar, 2023 - 18:03
Qış Universiteti üçün iştirakçıların seçimi məqsədilə qiymətləndirmə imtahanları davam edir

“WinterCamp 2023” layihəsi çərçivəsində maliyyə və iqtisadiyyat üzrə Qış Universiteti “Bridge Academy” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin və “Bridge Academy”-nin birgə təşkilatçılığı ilə keçiriləcək Qış Universiteti üçün iştirakçıların seçimi məqsədilə qiymətləndirmə imtahanları davam edir.

3-7 fevral tarixlərində Quba rayonunda yerləşən UNEC-in Tədris, İdman və İstirahət Kompleksində keçiriləcək Qış Universiteti çərçivəsində təlimlər “Yüksəliş” Müsabiqəsinin qalibləri, o cümlədən Xaricdə Təhsil Dövlət Proqramlarının məzunları tərəfindən təqdim olunacaq.

Maliyyə, iqtisadiyyat və əlaqəli ixtisaslar üzrə III və IV kursda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələr 31 yanvar tarixində “Bridge Academy” şirkətinin ofisində keçiriləcək qiymətləndirmə imtahanlarında iştirak edə bilərlər. İmtahanlar namizədlərin maliyyə və iqtisadiyyat sahəsində ümumi biliklərini yoxlamaq məqsədilə keçirillir, imtahanlardan yüksək nəticə göstərən tələbələr Qış Universitetinə dəvət alacaq.

Qeydiyyat üçün link: https://forms.gle/kJRyjZknRRBUDrK2A

Əlaqə vasitəsi: 099 899 01 11

Ünvan: BRIDGE Academy, Univerium tələbə yataqxanasının 1-ci mərtəbəsi

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 436
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 86
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7310
Sumqayıt Dövlət Univ...