Junior Rəqəmsal Marketinq Mütəxəssisi
Biz kimik?
MOF bizneslərin sosial bələdçisidir. Müxtəlif brendlərə sosial şəbəkələrdə düzgün hədəf kütləsinin qarşısına çıxmağa, eyni zamanda həmin kütlənin diqqətini cəlb etməyə yardım edən əsas körpüdür. Müxtəlif biznes həlləri təqdim edən və yeni ideyaların yaradılmasına vəsilə olan komandamız, biznesinizin tikanlardan ulduzlara qalxmasına qədər sizinlə olacaq!
Tələb olunan bilik və bacarıqlar:
- Targetinq və SMM haqqında baza anlayışlarının mövcud olması;
- Meta Ads ilə işləmə bacarığı;
- Reklamların və hədəf kütlələrinin təyin olunması üzrə təməl biliklər;
- Retargeting, traffic, video view, lead generation hədəfli reklamların yaradılması;
- Fərqli, qeyri-adi və kreativ düşüncə;
- Problem həll etmək və araşdırma bacarığı;
- Azərbaycan və ingilis dili biliyi;
- Komanda ilə işləmə bacarığı, ideyaların paylaşılması, brainstorming-də aktiv iştirak;
- SEO və SEM barədə baza bilikləri.
Vəzifə öhdəlikləri:
- Aylıq kontent plana uyğun targeting xidmətinin göstərilməsi;
- Meta Ads ilə iş, biznes akkauntların qurulması və idarəsi;
- Şirkətlərin targeting analizi və təkliflərin irəli sürülməsi;
- Paylaşımların düzgün hədəf auditoriyası qarşısına çıxarılması;
- Şirkətlər üzrə büdcələrin paylaşımlara uyğun bölüşdürülməsi;
- Reklamların tənzimlənməsi;
- Aylıq hesabatların tərtib olunması (hər şirkət üzrə);
- Səhifənin reklam strategiyasının hazırlanması;
- Reklam məzmununun müəyyənləşdirilməsi və müştəri ilə razılaşdırılması;
- Retargeting vasitəsilə yeni müştərilərin cəlb edilməsi;
- Biznes hesabının yaradılması və idarəolunması;
- Nəticələrə əsasən növbəti reklam məzmununun müəyyən edilməsi.
Nə kimi imkanlar bəxş edirik:
- Gənc, aktiv, super-pozitiv və daim inkişafa həvəsli komanda!
- Marketinq (rəqəmsal və ənənəvi), eləcə də digər sahələri əhatə edən peşəkarlar tərəfindən mütəmadi həyata keçirilən təlimlər;
- Bildiyinizi mükəmməl səviyyəyə gətirəcək, bilmədiyinizi öyrədəcəyik;
- Bir çox qabaqcıl şirkətlərlə işləmə imkanı;
- Əmək müqaviləsi ilə qeydiyyat;
- Öncədən razılaşdırılmış sərbəst qrafik;
- Ofisimiz parkın yanındadır, havalar da isti keçir :)
Vakansiyaya müraciət etmək üçün öz CV-nizi [email protected] elektron poçt ünvanına mövzu(subject) bölməsində “Jr RM Mütəxəssisi” qeyd edərək göndərə bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur