reklam

"İqlim maliyyəsi və həlləri" mövzusunda keçirilən müsabiqəyə məqalə qəbulu elan olunur

 "İqlim maliyyəsi və həlləri" mövzusunda keçirilən müsabiqəyə məqalə qəbulu elan olunur

 

Asiya İnkişaf Bankı İnstitutu (ADBI) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin də tərəfdaşı olduğu müsabiqəyə start verib. "İqlim maliyyəsi və həlləri" mövzusunda keçirilən müsabiqəyə məqalə qəbulu elan olunub. Layihənin digər tərəfdaşları ADA Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və Xəzər Universitetidir.

Məqalələr iki əsas istiqamət üzrə təqdim edilə bilər: iqlim maliyyəsi və iqlim həlləri. Birinci istiqamət üzrə məqalələr yerli və xarici mənbələrdən maliyyə resurslarının səfərbər edilməsi, ekoloji problemlər və digər risklərdən sığorta və davamlılıq, innovativ maliyyələşmə (yaşıl və mavi istiqrazlar, kreditlər) və s. mövzularla bağlı yazıla bilər. İkinci istiqamət olan “İqlim həlli” başlığı isə ekoloji problemlər və təbii fəlakətlərlə mübarizə üçün təklif edilən həlləri əhatə etməlidir. 

İİTKM-in də münsiflər heyətində təmsil olunduğu müsabiqə iqlim maliyyəsinin miqyasını genişləndirmək və inkişaf etməkdə olan ölkələr üçün innovativ siyasət və texnologiyaları tətbiq edərək ekoloji problemlərlə mübarizə üçün həll yollarını araşdırmaq məqsədi daşıyır.

Müsabiqənin şərtləri, seçim meyarları, münsiflər heyətinin üzvləri və digər məsələlərlə bağlı ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:

https://www.adb.org/adbi/research/call-for-papers/call-for-papers-on-climate-finance-and-solutions


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az