Cümə axşamı, 21 Avqust, 2025

Təhsil İnstitutu Peşə və ömürboyu təhsil şöbəsinə Monitorinq və qiymətləndirmə sahəsində mütəxəssis vəzifəsinə vakansiya elan edir


  • Dərc edildi: 13 May, 2024 - 22:39
Təhsil İnstitutu Peşə və ömürboyu təhsil şöbəsinə Monitorinq və qiymətləndirmə sahəsində mütəxəssis vəzifəsinə vakansiya elan edir

Təhsil İnstitutu Peşə və ömürboyu təhsil şöbəsinə Monitorinq və qiymətləndirmə sahəsində mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Tələblər:

• Ali təhsil;
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və ingilis dili – səlis;
• Analitik düşünmə qabiliyyəti;
• Kompüter bacarıqları, o cümlədən internet, elektron cədvəllər və mətn emalı üzrə proqramlardan istifadə bacarıqları;
• Vaxtın idarə olunması üzrə bacarıqlar.

Vəzifə öhdəlikləri:

• Monitorinq və qiymətləndirmə üçün informasiyaların toplanması, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq;
• Monitorinqin aparılması üçün müvafiq sənədlərin hazırlanmasında iştirak etmək;
• Şöbənin monitorinq və qiymətləndirmə sisteminin yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək;
• Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
• Monitorinq və qiymətləndirmə hesabatlarını hazırlamaq və təqdim etmək;
• Monitorinq və qiymətləndirmənin nəticələri əsasında zəruri hallarda dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək.

İş qrafiki:

I-V günlər 09:00-18:00 arası;
İstirahət və qeyri-iş günləri AR Əmək Məcəlləsinə uyğun tənzimlənir.

İş yeri:

Bakı şəhəri, Azərbaycan Respublikasının Təhsil İnstitutu (Afiyəddin Cəlilov küçəsi 86)

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən 31.05.2024-cü il tarixinədək CV-lərini [email protected] elektron ünvanına “Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda sadalanmış tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 74
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7063
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1820
Azərbaycan Texnologi...