Bazar ertəsi, 2 İyun, 2025

“TECHNEST” təqaüd proqramı çərçivəsində Füzuli rayonu və Şirvan şəhərində təlimlər həyata keçiriləcək


  • Dərc edildi: 9 Noyabr, 2023 - 19:17
“TECHNEST” təqaüd proqramı çərçivəsində Füzuli rayonu və Şirvan şəhərində təlimlər həyata keçiriləcək

“TECHNEST” təqaüd proqramı çərçivəsində Füzuli rayonu və Şirvan şəhərində təlimlər həyata keçiriləcəkdir.

“TECHNEST” təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiyalar və Rəqəmsal İnkişaf agentliyinin nəzdində yaradılmışdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.

Layihə çərçivəsində Füzuli rayonunda Şəbəkə İnzibatçısı və Şirvan şəhərində Qrafik dizayn üzrə təlimlər tədris ediləcəkdir. Təlim proqramları haqqında ətraflı məlumat aşağıda göstərilmişdir:

FÜZULİ RAYONU

Təlimin adı: Şəbəkə İnzibatçısı

İştirakçı sayı: 13 nəfər

Təlimin müddəti: 4 ay / 64 saat (Həftədə 2 dəfə və hər dərs 2 saat olmaqla)

ŞİRVAN ŞƏHƏRİ

Təlimin adı: Qrafik Dizayn

İştirakçı sayı: 13 nəfər

Təlimin müddəti: 6 ay / 96 saat (Həftədə 2 dəfə və hər dərs 2 saat olmaqla)

İŞTİRAKÇILARIN SEÇİMİ PROSESİ

• Layihəyə ilkin müraciət

• Qeydiyyatdan keçən şəxslər üçün seçim imtahanının təşkili

• İmtahandan müvəffəq olan şəxslərlə müsahibə

• Yekun seçilmiş şəxslərin təlimlərə cəlb edilməsi

Layihə çərçivəsində təlimlərdə iştirak etmək istəyən şəxslər linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər:

QEYDİYYAT LİNKİ

https://technest.idda.az/

Layihə ilə bağlı yaranmış sualların cavablandırılması üçün [email protected] email adresinə vəya 051 777 10 90 whatsapp nömrəsinə yaza bilərsiniz.

Qeyd: Layihə çərçivəsində təlimlər Code Factory MMC tərəfindən təşkil ediləcəkdir.

ƏLAQƏ

Code Factory MMC

Mobil: +994517771090

Email: [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 47
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 138
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 190
Mərkəzi imtahanla qə...