reklam

“Mobile Android Developer” vəzifəsi üzrə vakansiya

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi “Mobile Android Developer” vəzifəsi üzrə vakansiya elan edir.




Ümumi vəzifə öhdəlikləri:

• Yeni mobil layihələr üzərində çalışmaq
• Mövcud mobil layihələri inkişaf etdirmək
• Mobil layihələr üzərində komanda üzvü olaraq çalışmaq
• Müxtəlif layihələri üzrə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi üçün layihə meneceri ilə sıx işləmək
• Layihələrin planlanması, development’i, deploy edilməsi və baxımı
• Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
• Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
• Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
• Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
• Yeni texnologiyaların araşdırılması və tətbiq olunması.


Namizədə qarşı tələblər:

• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Kotlin və Java dilləri üzrə yüksək səviyyədə biliklər;
• Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (orta);
• OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;
• MVVM, MVI, MVP kimi pattern-lər üzrə təcrübə;
• FCM, Retrofit, Room, DI(Dagger Hilt), Coil, RxKotlin, RxJava, Coroutines, Jetpack kimi alətlər və ya alternativləri ilə təcrübə;
• Yüksək debug etmək bacarıqı;
• UI/UX proseslərinə diqqət bacarıqı;
• Data strukturları biliyi və alqoritmlər hazırlamaq bacarığı;
• Modular sistemlər üzrə təcrübə üstünlükdür;
• Git ilə işləmə bacarığı;
• Komanda ilə işləmə bacarığı;

Arzu olunan tələblər:

• Xəritə sistemləri ilə təcrübə
• Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
• CI/CD proseslərinin qurulması təcrübəsi;


Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 oktyabr 2024-ciü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mobile Android Developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az