Bazar, 24 Avqust, 2025

Rus dili müəllimi vakansiyası


  • Dərc edildi: 20 Fevral, 2023 - 11:54
Rus dili müəllimi vakansiyası

Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur. Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır. Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.

Vəzifə: Rus dili müəllimi

Tələblər və vəzifə öhdəlikləri:

  • Rus dili müəllimliyi və ya rus dili tərcüməsi ixtisasından məzun olmalı;
  • Rus dili bilik səviyyəsi C1 olmalı;
  • Müxtəlif yaş qruplarına rus dilinin tədrisində təcrübəli olmalı; 
  • Rus dilinin tədrisi üzrə azı 2 il iş təcrübəsi olmalı; 
  • Rus dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları olmalı;
  • Dil tədrisi metodikasında mövcud tendensiyalar və inkişafları bilməli;
  • Müasir tədris metodikalarına uyğun fərdi və qrup şəklində, həm onlayn, həm də oflayn dərslərin keçirilməsi;
  • Tələbə ehtiyaclarının ödənilməsini təmin etmək üçün akademik məsləhətçi heyətimizlə ortaq çalışmağı bacarmalı;
  • Yüksək səviyyədə təqdimat və ünsiyyət bacarıqları olmalı;
  • Vaxt idarəetmə bacarığı olmalı.

 

İş haqqında:

-       İş qrafiki: Tam iş qrafiki;

-       ARƏM uyğun işə qəbul.

İş yeri: Elmlər metrosunun yaxınlığı, BDU ilə üzbəüz, Zahid Xəlilov küçəsi 25B.

Tələblərə cavab verən namizədlər  öz CV-lərini “Rus dili müəllimi” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 417
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 84
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7296
Sumqayıt Dövlət Univ...