“ERP üzrə mütəxəssis” vakansiyası
İş yeri: ATS Food
İş məkanı: Sumqayıt ş.
Müraciətin son günü: 30 Noyabr 2023-cü il
Tələblər:
Təhsil səviyyəsi: Ali təhsil (İnformasiya texnologiyaları sahəsində)
İş təcrübəsi: ERP sahəsində minimum 2 il iş təcrübəsi (istehsal və ya FMCG sahəsində təcrübə üstünlükdür)
Dil bilikləri: Azərbaycan (əla), ingilis (yaxşı), rus (orta)
Kompüter bilikləri: Oracle SQL, ERP sistemlər
Digər: Crystal Reports, PL SQL və Uyumsoft bilikləri üstünlükdür.
Vəzifədən gözləntilər:
- Şirkət əməkdaşlarının proqram təminatına sürətli və fasiləsiz şəkildə qoşulması prosesini təşkil etmək;
- Oracle SQL ilə toplu əməliyyatların icrası, raporların, prosedur ve sorğuların yazılmasını təşkil etmək;
- Məlumatları düzgün və zamanında proqram təminatına tanıtmaq;
- Əməkdaşların proqram təminatından effektiv istifadə edilməsinə köməklik göstərmək;
- Yeni proqram və kommunikasiya xidmətlərini təhlil etmək və onların nəticəsi barədə təkliflər vermək;
- Şirkət daxili elektron sənəd dövriyyəsinin təşkil olunması və buna uyğun olaraq sənədin təsdiqetmə ardıcıllığının qurulmasını təmin etmək;
- Birbaşa rəhbərin tapşırdığı digər işləri görmək.
Vəzifə üzrə səriştələr:
- Məsuliyyətlilik və sahiblənmə
- Keyfiyyətlilik və effektivlik
- Müştəri xidməti yönümlülük
- Riyazi düşünmə qabiliyyəti
- Araşdırma bacarığı
- Office proqramları ilə sərbəst işləmə bacarığı
- Böyük databaza ilə işləmək bacarığı
- ERP və əməliyyat sistemi bacarığı
İş Şərtləri
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Servis: səhər və axşam 20 Yanvar və Sumqayıt bazarından təmin edilir
Nahar: Təmin edilir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı "ERP üzrə mütəxəssis" qeyd olunmaqla göndərə bilərlər.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur