Çərşənbə axşamı, 8 İyul, 2025

"Şuşa şəhərində ilk sosial sahibkarlıq düşərgəsinin keçirilməsi" layihəsinin qeydiyyatına start verilir


  • Dərc edildi: 18 Noyabr, 2022 - 10:14
"Şuşa şəhərində ilk sosial sahibkarlıq düşərgəsinin keçirilməsi" layihəsinin qeydiyyatına start verilir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Gənclər Azad Sahibkarlıq Fəaliyyətində/ GASF İB təşkilatçılığı ilə baş tutan "Şuşa şəhərində ilk sosial sahibkarlıq düşərgəsinin keçirilməsi" layihəsinin qeydiyyatına start verilir.

Məqsəd: Gənclərin Şuşa şəhərində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və gənclərin məşğulluğunun təmin edilməsidir.

Layihədə Bakıdan (20 nəfər) və Bərdədən (10 nəfər) olan 18 – 29 yaş arasında gənclər iştirak edəcək.

Düşərgənin keçiriləcəyi tarixlər: 07.12-11.12.2022

Düşərgənin həyata keçiriləcək şəhər: Bərdə şəhəri.

Düşərgə tarixlərində intensiv ödənişsiz təlimlər keçiriləcək və iştirakçılar üçün qonaqlama, qidalanma və nəqliyyat layihə çərçivəsində təşkil olunacaq.

Layihə çərçivəsində Şuşaya səfər gözlənilir.

Qeydiyyat üçün son tarix: 25 noyabr

Qeydiyyat üçün link: https://forms.gle/jQBYioEX5rjuUyMn7

Seçilən iştirakçılara proqram və digər loqistika ilə bağlı məlumatlar göndəriləcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 64
Məktəbəhazırlıq qrup...
Kaspi Kids "Ələkbər əmi"nin xatirəsini anıb
07 İyul, 2025 - 12:34 64
Kaspi Kids "Ələkbər ...
Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 282
Xaricdə təhsil alan ...