Çərşənbə, 4 İyun, 2025

“Kiçik və orta biznes müştəriləri departamentində Mütəxəssis ” vakansiyası


  • Dərc edildi: 3 Mart, 2023 - 22:13
“Kiçik və orta biznes müştəriləri departamentində Mütəxəssis ” vakansiyası

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kiçik və orta biznes müştəriləri departamenti / Kiçik Mütəxəssis, Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş Mütəxəssis ” vakansiyasını elan edirik. 

Siz elektron poçtun “mövzu” yerinə “Kiçik və orta biznes müştəriləri” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. 

Struktur:

 Biznes Bankçılıq Vəzifə: Kiçik Mütəxəssis, Mütəxəssis, Aparıcı Mütəxəssis, Baş Mütəxəssis 

Bilavasitə tabeçiliyi: Departament direktoru və ya menecer 

Vəzifə öhdəlikləri:

 • Kredit, qeyri kredit məhsulları və korporativ xidmətlər prosedurlarını və məhsullarını mükəmməl səviyyədə bilmək və potensial müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması; 

• Biznes müştərilər üçün məhsul və xidmətlər üzrə kommersiya təklifinin hazırlanması;

 • Mövcud biznes müştərilər üzrə məlumatlar bazasının formalaşdırılmasında, zəruri hesabatların hazırlanmasında iştirak; 

• Banka həm kredit, həm də qeyri kredit məhsulları üzrə yeni müştəriləri cəlb etmək, fərdi kredit və qeyri-kredit portfelini yaratmaq və onun yüksək keyfiyyətini qoruyub saxlamaq; 

• Kredit Alanın gecikdirilmiş kreditləri üzrə maliyyə vəziyyətini və kreditin geri qaytarılma perspektivlərini müəyyənləşdirmək üçün monitorinqin həyata keçirilməsi 

• Kredit Alan tərəfindən kreditin geri qaytarılması öncədən razılaşdırılmış məbləğdə və müddətdə olmadığı təqdirdə, bu halın davam etməsi zamanı onu gələcəkdə gözləyəcək hüquqi məsələlərlə bağlı təlimatlandırmaq məqsədilə görüşün təşkili 

• Gecikmədə olan kreditlərin həlli istiqamətində mövcud prosedur və qaydalar çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi; 

• Bankın məhsul və xidmətlərini biznes müştərilərinə satışının həyata keçirilməsi; 

• Digər bank məhsullarını bilmək və onları öz potensial müştərilərinə tövsiyyə etmək, müştərinin məhsullarla maraqlandığı təqdirdə onu həmin məhsul üzrə məsul mütəxəssisin müvafiq departamentinə müşaiyət etmək; 

Tələblər: • Dil bilikləri - Azərbaycan dili (Rus və İngilis dilləri arzuolunandır)

 • Təhsil tələbləri - Ali təhsil (İqtisadi və riyazi təhsilə üstünlük veriləcəkdir) 

• Komputer bilikləri - Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı 

• Əlavə bacarıqlar (soft skills) - Maliyyə və mühasibatlıq hesabatları formaları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik materialların hazırlanması bacarığı 

Biz Sizə nə təklif edirik: 

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti; 

• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;

 • Tibbi sığorta proqramına qoşulma; • Müasir idarəetmə sistemi və mehriban kollektiv. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 231
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 62
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 160
Lisey və gimnaziyala...