Təhsil layihələrində tələbələrlə iş üzrə təcrübəçi vakansiyası

Təhsil layihələrində tələbələrlə iş üzrə təcrübəçi vakansiyası

 

Təsvir

Code Academy olaraq Təhsil layihələrinin idarəedilməsi komandamıza töhfələr verəcək aktiv, dinamik və kommunikasiya bacarıqlarına güvənən Tələbələrlə iş üzrə Təcrübəçi axtarışındayıq. Bu ödənişli proqramda siz həm təcrübə qazanacaq, həm də karyeranıza Code Academy-də davam etmək fürsəti əldə edə biləcəksiniz.

 

Təcrübə dövrü ərzində sizin ölkənin mühüm təhsil layihəsində aşağıdakı istiqamətlər üzrə təcrübə qazanmaq şansınız olacaqdır:

 

  • Layihənin əsas tərkib hissəsi olan tələbələrlə birbaşa iş
  • Layihədən məsul rəhbər şəxslərin və layihə koordinatorlarının işlərini müşahidə etmək və prosedurların icrasına dəstək vermək
  • Layihə çərçivəsində ümumi proseslərin keyfiyyətinin yoxlanılması və mövcud vəziyyətin qiymətləndirilməsi proseslərinin icrasında iştirak
  • Nəticələrə uyğun hesabatların hazırlanması proseslərində iştirak

 

Bəs sizdən gözləntimiz nələrdir?

 

Daim öyrənməyə həvəs, güclü komanda ruhu, işlərin düzgün planlaşdırılması və effektiv problem həlletmə üçün sürətli adaptasiya.

Tələblər

  1. Təhsil istiqaməti: Təhsil Menecmenti, İdarəetmə və təşkilatçılıq, Kommunikasiya və Media, Layihə idarəetməsi, Sosial iş sahələrində müvafiq təhsil istiqaməti
  2. İş təcrübəsi (təcrübə müddəti): 1 il təhsil və tələbə xidmətləri sahəsində müəyyən təcrübə sahibi olan, əgər hər hansı bir iş təcrübəsi yoxdursa belə digər könüllülük prinsipinə dayanan layihələrdə iş arzuolunandır
  3. Texniki bacarıq/Kompyüter bilikləri: Microsoft Office Suite və ya Google Workspace ilə işləmək bacarığı, müxtəlif proses/layihə idarəetmə proqramları ilə tanışlıq, LMS platformalarından məlumatlı olmaq, online kommunikasiya və əməkdaşlıq alətlərindən istifadə bacarığı
  4. Xarici dil bilikləri: İngilis dili biliyi arzuolunandır
  5. Səriştələr: Effektiv ünsiyyət və dinləmə bacarığı, təşkilatçılıq bacarıqları, problemi həll etmə (yaxud dərhal reaksiya vermək üçün yaradıcı bacarıq) bacarığı, planlaşdırma və koordinasiya, vaxtın düzgün idarəedilməsi bacarıqları

Son tarix

Sentyabr 19, 2024

 

Müraciət et


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az