Cümə, 11 İyul, 2025

“İş Klubu 5” layihəsinə qeydiyyat açıq elan edildi


  • Dərc edildi: 6 Dekabr, 2022 - 17:22
“İş Klubu 5” layihəsinə qeydiyyat açıq elan edildi

“İş Klubu 5” layihəsinə qeydiyyat açıq elan edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı “İş Klubu 5” layihəsinə qeydiyyatı açıq elan edir.

 

Layihə çərçivəsində tələbələr, yeni məzunlar, işsiz və işaxtaranlar əyani olaraq karyera planlaması istiqamətində təlimlərdə iştirak etməklə bərabər, iş axtarış yollarını praktiki olaraq sınaqdan keçirtmək imkanı əldə edəcəklər.

 

Peşəkar ekspertlər tərəfindən iki həftə müddətində iştirakçılara “Karyera planlaması”, “Əmək bazarının tələbləri”, “İş məqsədlərinin təyini”, “Effektiv CV hazırlığı”, “İstək məktubunun yazılma forması”, “Müsahibəyə hazırlıq qaydaları”, “İş axtarış alətləri ilə tanışlıq”, “İş təklifinin analizi” kimi mövzular ətrafında məlumatlar ötürüləcək.

 

Son müraciət tarixi: 12 Dekabr 2022-ci il

 

Layihənin başlama tarixi: 16 Dekabr 2022-ci il

 

Qeydiyyat mərhələsini uğurla keçən şəxslərlə elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanılacaq.

 

Qeydiyyat linki: https://forms.gle/XmY2ic2SEnjt55gPA

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Yeni məzunlar üçün IT sahəsi üzrə yaxşı fürsət var
11 İyul, 2025 - 09:47 891
Yeni məzunlar üçün I...
Tələbələrin köçürülməsi prosesinə start verilir
10 İyul, 2025 - 12:54 121
Tələbələrin köçürülm...
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!
08 İyul, 2025 - 12:23 111
Məktəbəhazırlıq qrup...