“Dillər bölməsi meneceri” vəzifəsi üzrə vakansiya

Barattson MMC 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim  verərək onların qabiliyyət və səriştələrini artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.   

 

Barattson   “Dillər bölməsi meneceri” vəzifəsi üzrə vakansiya elan edir: 

 

Əsas vəzifə öhdəlikləri: 

 

  • İdarə etdiyi bölmənin əməkdaşlarının öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmələrinə, davamiyyətlərinə və Daxili intizam qaydalarına və şirkətin digər siyasət və təlimatlarına riayət etmələrinə nəzarət etmək;
  • Bölmənin inkişaf strategiyasını qurmaq və tələbə sayı üzrə hədəflərinə çatmaq;
  • Tələbə - müəllim  problemlərinə nəzarət, tələb olunduğu halda müdaxilə etmək;
  • Baş müəllimlə birgə  mövcüd dərs proqramlarının təkmilləşdirilməsi, müəllimlərin keyfiyyətli dərs keçməsi, tətəbata uyğun olaraq yeni təlim məhsullarının yaradılması üzrə işlər aparmaq
  • Müəllim ehtiyaclarını vaxtında müəyyən etmək;
  • Bölmə üzrə hesabatları vaxtında və  düzgün şəkildə hazırlamaq;
  • Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
  • Yeni müştərilərin analizi və potensial müştəri bazasının yaradılmasını təmin etmək. 

                                               

Əsas tələblər:   

 

  • Ali təhsil 
  • Təhsil sektorunda ən azı 2 il iş təcrübəsi 
  • İdarəetmə üzrə ən azı 3 il iş təcrübəsi
  • Təqdimat bacarıqları 
  • Biznes danışıqları aparmaq bacarığı 
  • Dil bilikləri: Azərbaycan dili səlis, ingilis dili – upper intermediate
  • Kompyuter bacarıqları: Ofis proqramları
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti 
  • Çevik işləmək bacarığı 

 

Əmək haqqı: 600-700 AZN +bonus.

İş qrafiki: 5 gün, saat 10:00-19:00

Namizədlərdən CV formaların  [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Dillər bölməsi meneceri”qeyd olunmaqla göndərməkləri xahiş olunur. 

CV-nin son göndərilmə tarixi:  19 aprel 2023- cü il.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az