Tələbə və məzunlar üçün məktəbəqədər təhsil müəssisələrində (bağçalarda) təcrübə proqramı

Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə paytaxtda və regionlarda ali təhsil və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr üçün möhtəşəm bir xəbərimiz var! 

“Bir Könüllü” Tələbə Təşkilatı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə əməkdaşlığı ilə “Təhsildə Könüllülük” təşəbbüsünə start verilir. Təşəbbüs çərçivəsində paytaxda və regionlarda fəaliyyət göstərən ali təhsil və orta ixtisas təhsil müəssisələrinin məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alan tələbələrinin məktəbəqədər təhsil müəssisələrində (bağçalarda) praktiki fəaliyyətlərə cəlb edilməsi nəzərdə tutulur. 

Təşəbbüsün əsas məqsədi sözügedən ixtisas üzrə təhsil alan tələbələri resurs imkanlarının məhdud olduğu məktəbəqədər təhsil müəssisələrində aktiv pedoqoji fəaliyyətə cəlb edərək onların sahəvi bilik və bacarığını artırmaq, nəzəriyyə və praktika arasındakı mövcud disbalansın aradan qaldırılmasına çalışmaq, tələbələrə praktiki təcrübə verməklə gələcək kadr hazırlığı prosesinə töhfə vermək və ali və orta ixtisas təhsil müəssisələri ilə məktəbəqədər təhsil müəssisələrinin (bağçaların) uğurlu koordinasiyalı əməkdaşlığını formalaşdırmaqdır.

İştirakçılar üçün seçim prosesi: 

  • Müraciətlərin qəbulu dövrü. (12.10.2023 - 25.10.2023)
  • Müraciətlərin ilkin dəyərləndirmə dövrü. (25.10.2023 - 27.10.2023)
  • Müraciətçilərin ixtisas və pedaqoji biliklərinin dəyərləndirilməsi məqsədi ilə test imtahanı mərhələsinin təşkil edilməsi. (28.10.2023 - 29.10.2023)
  • Yazılı imtahan mərhələsində yüksək göstərici əldə etmiş namizədlərin müsahibə və psixoloqlarla görüş mərhələsi. ( 30.10.2023 - 05.11.2023)
  • Təşəbbüsdə iştirak haqqı qazanmış tələbələrin müvafiq bağçalarda fəaliyyət başlaması üçün iş cədvəlinin qurulması. (05.11.2023 - 15.11.2023) 

✅ Qeydiyyat formunun 25.10.2023-cü il tarixinə qədər tamamlanması mütləqdir. Hər bir müraciətçiyə uğurlar arzu edirik! 

Ətraflı məlumat və müraciət qaydası üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

https://forms.gle/Jzc2QCskYMpfw3CY9



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az