Bazar, 24 Avqust, 2025

Mikro Kreditlər üzrə Mütəxəssis, Aparıcı və Baş Mütəxəssis vakansiyaları


  • Dərc edildi: 9 Fevral, 2023 - 15:24
Mikro Kreditlər üzrə Mütəxəssis, Aparıcı və Baş Mütəxəssis  vakansiyaları

“Rabitəbank” ASC  Şəmkir, Kürdəmir, Şəki, Ağcəbədi, Ağsu, Qusar, Quba, Gəncə, Şirvan və Xaçmaz filiallarına Mikro Kreditlər üzrə Mütəxəssis, Aparıcı və Baş Mütəxəssis  vakansiyaları üzrə işə qəbul elan edir. 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr: 

  • Aktiv marketinq təbliğatının aparılması və potensial biznes müştərilərinin banka cəlbi;
  • Müştərilərin biznes fəaliyyətini təhlil etmək;
  • Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə uzunmüddətli və effektli biznes əməkdaşlığını formalaşdırmaq.

Namizədə olan tələblər:

  • Ali təhsil; 
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Təşəbbüskarlıq və yenilikləri öyrənmə qabiliyyəti;
  • Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mikro kredit mütəxəssisi” göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 426
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 86
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7305
Sumqayıt Dövlət Univ...