reklam

Vakansiya: Topoqraf

Vakansiya: Topoqraf


İş yeri: Zəngilan, Cəbrayıl, Qubadlı 
 


Vəzifə funksiyaları:



İnşaat layihələrinin yerində topoqrafik ölçmələrinin aparılması, ərazinin üçölçülü xəritələrinin hazırlanması.
Topoqrafik məlumatları toplayaraq, mühəndislər və layihə menecerləri üçün dəqiq hesabatlar hazırlamaq.
Yüksəklik, məsafə və koordinat ölçmələri aparmaq və bu məlumatları dəqiq şəkildə qeydə almaq.
İnşaat işlərinin düzgün və dəqiq yerinə yetirilməsi üçün müvafiq xəritə və planların hazırlanmasında iştirak etmək.
Ərazi ölçmə işlərini müvafiq avadanlıqlar (Cihazlar, GPS sistemləri və digər müvafiq alətlər) ilə həyata keçirmək.
Layihənin planına uyğun olaraq, yerindəki dəyişiklikləri və ölçmələri izləmək, nöqsanları təyin etmək və müvafiq düzəlişləri təmin etmək.
Topoqrafik məlumatları hazırlayaraq texniki dəstək göstərmək.
Layihənin ilkin mərhələsindən başlayaraq, son mərhələyə qədər layihə rəhbərlərinə və komandalara texniki məsləhətlər vermək.
Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili
Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə xəritələrin hazrlanmasında tətbiq ediləcək nöqtələri müəyyən etmək;
Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi.
Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafik və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması;
Xüsusi, dəqiq geodeziya avadanlıqları ilə çöl və kameral geodeziya işlərinin icrası, qravimetrik işlərin yerinə yetirilməsi;
Əldə olunmuş məlumatların işlənməsi.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
Topoqrafiya və ya əlaqəli sahə üzrə ali təhsil (geodeziya, inşaat mühəndisliyi və ya bənzər sahələrdə).
Topoqrafik ölçmələr aparmaq üçün ən azı 5 il iş təcrübəsi.
Dil bilikləri: azərbaycan dili yüksək səviyyədə, ingilis dili və rus dili arzuolunandır;
Kompüter bilikləri: Microsoft Office, AutoCAD, və digər müvafiq proqramlarla işləmək bacarığı;
Topoqrafik avadanlıqlar (total stansiya, GPS) və müvafiq proqram təminatları ilə işləmək bacarığı;
Planlama və təşkilatçılıq qabiliyyəti;
Güclü analitik düşünmə və problemləri həll etmə qabiliyyəti

Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 20 May 2025-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Topoqraf” qeyd etməklə [email protected] adresinə göndərəsiniz.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az