Xızıda yerləşən Xınalı otelə Otel müdiri vəzifəsində çalışacaq əməkdaş axtarırıq

Xızıda yerləşən Xınalı otelə Otel müdiri vəzifəsində çalışacaq əməkdaş axtarırıq.

EİGHT MANAGEMENT COMPANY Azərbaycanın tanınan və seçilən şirkətlərindən biridir. Şirkət özündə bir neçə sahəni birləşdirir. Bura, ticarət və  restoranlar şəbəkəsi daxildir.Hazırda 3 restoranımız və Xızının Altıağac qəsəbəsində yerləşən butik otelimiz var.

Şirkətimizin əsas meyarı vətəndaşlara keyfiyyətli xidmət göstərməkdir.

 

Vəzifə öhdəlikləri:

  • Otelin göstərdiyi bütün xidmətlər haqqında məlumatlı olmaq və işçilərin məlumatlı olmasını təmin etmək;
  • Uzunmüddətli planda müştəri şəbəkəsinin qurulması və idarə edilməsi;
  • Gələn qonaq və vətəndaşların qəbulu,qeydiyyatı,məlumatlandırılması və istiqamətləndirilməsinin təşkili
  • Otel əməkdaşlarının idarə edilməsi,koordinasiyası,günlük əməliyyatların izlənilməsi
  • Otelin gəlir və xərclərini analiz etmək və əlaqəli şöbələrdən hesabatların alınması
  • Otel idarəetməsi ilə bağlı qanun və qaydaları bilmək və beynəlxalq standartlara uyğunluğu təmin etmək
  • Əməkdaşları otel hədəfləri üzrə yetişdirib,yüksək işçi performansı ilə müştəri məmnuniyyətini və keyfiyyətli xidmət servisini təmin etmək
  • Bütün şöbələrin işinin koordinasiyası
  • Otelə qonaqların cəlb edilməsi üçün aşağı və yüksək otel satışında müvafiq təkliflər vermək
  • Qonaq və vətəndaşların rəylərinin alınmasının təşkili və alınmış məlumatların işlənməsi
  • Hər an dəyişə bilən məlumatların rəhbərliyə və digər şöbələrə ötürülməsinin təşkili və məlumatların işlənilməsinə nəzarət
  • Konfliktlərin idarə edilməsi
  • Otelin doluluğunu təmin etmək üçün rəhbərliyə müvafiq təkliflər vermək
  • Baş ofisə müntəzəm olaraq günlük raporların göndərilməsini təmin etmək
  • Otelin əmlakının qorunmasını təmin etmək
  • Hər səhər rəhbərlik ilə səhər iclası,həftəlik 1 dəfə isə bütün personal ilə iclas keçirib otelin fəaliyyəti ilə bağlı müvafiq təlimatlar vermək
  • Qonaqların qəbulu şöbəsinin bütün əməkdaşlarının hər zaman müstəsna və peşəkar qonaq xidmətləri göstərmələrini təmin etmək
  • Qonaqların qəbulu şöbəsinin bütün işçilərinin cari reklam kampaniyaları,siyasətlər və digər zəruri məlumatlardan xəbərdar olmalarını təmin etmək
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə caab vermək ,problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq
  • Qonaqların qəbulu şöbəsinin bütün işçilərinin hər zaman punktual qaydada müvafiq uniforma geyinməsini,xarici görünüş ,habelə gigiyena ilə bağlı ən yüksək standartları qoruyub saxladığını və otelin,habelə şöbənin şəxsi qulluq standartlarına riayət etməsini təmin etmək
  • Qonaqların qəbulu şöbəsinin işçiləri ilə illik icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq, onlara öz peşəkar karyera hədəflərinə nail  olmaqda kömək etmək.
  • Otelin qida təhlükəsizliyi,dezinfeksiya,yanğın təhlükəsizliyi,personalın iş zamanı təhlükəsizliyi haqqında müvafiq sənəd və təlimatların yerinə yetirilməsinə ciddi nəzarət etmək

 

Namizədə aid tələblər:

- Turizm və otelçilik sahəsində ali təhsil

- Turizm və otelçilik sektorunda ön büro, və ya F&B sahəsində ən azı 1 il iş təcrübəsi;

- Azərbaycan, Rus və İngilis dillərində yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmalı

- Komandada işləmək qabiliyyəti,gülərüzlü olmaq

- Müştəriyönümlülük,yüksək inkişaf etmiş empatiya duyğusu

- Cəld,problemləri vaxtında həll etməyi bacarmaq;

- Üstün təşkilatçılıq və vaxtı idarəetmə bacarığı

- Kreativ yanaşma

- Otel proqramlarının təcrübi biliyi

- Detallara qarşı diqqətli olmaq,analitik düşüncə tərzi

- Konfliktlərin idarə olunması

-Oteldə qalmaq

- Cinsi:  Kişi 

- Əmək haqqı razılaşma əsasında

Maraqlanan namizədlərdən məktubun mövzu hissəsində “Otel müdiri” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az