"Kitabqurdu" I Yay Oxu Marafonu keçiriləcək

Əziz şagirdlər, yay tətilinizi səmərəli keçirib mükafat qazanmaq istəyirsinizsə, marafona qoşulmağa tələsin!

Təhsilin İnkişafı Fondu və Azərbaycan Nəşriyyatlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək marafonun şərtləri aşağıdakı kimidir:

1. Marafona 12-16 yaşlı uşaqlar qoşula bilər. Daha az yaşı olan uşaqlar isə valideynin tövsiyəsi və nəzarəti ilə marafona qoşula bilər. Kitablar 12-16 yaşlı uşaqlar üçün nəzərdə tutulub.

2. İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, eləcə də imtahan mərhələsi ilə bağlı məlumatlar paylaşılacaq.

3. Sentyabrın 26-dək təyin olunmuş 7 kitab iştirakçı tərəfindən oxunmalıdır.

4. Qiymətləndirilmə iki mərhələdən ibarət olacaq. Suallar iştirakçıların mütaliə etdiyi 7 kitab əsasında hazırlanacaq.

5. Birinci onlayn, “KAHOOT” proqramı vasitəsilə həyata keçiriləcək. Bu mərhələdə iştirakçıya internetə qoşulan iki telefon, kompüter, yaxud notbuk lazım olacaq. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna keçəcək.

6. Final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq.

7. Birinci yeri tutan iştirakçıya 1000 AZN, ikinci yeri tutan iştirakçıya 500 AZN, üçüncü yeri tutan iştirakçıya isə 300 AZN mükafat, digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək.

İştirak etmək üçün oxunmalı olan 7 kitabın siyahısı:

1. Amin Sükut – “Tuflinlər”;

2. Aynur Cavid, Cəmilə Məmmədli – “Səyyah Bilgə”;

3. Əziz Sultan – “Əjdahaların sirri – Adəmin macəraları”;

4. Əziz Yaqubzadə – “Məktubunuz var!”;

5. Mürşüd İsmayılzadə – “Əjdaha qardaşlığı. Şirvanşahların xəzinəsi”;

6. Reyhan Yusifqızı – “Yaşıl gözlü qız”;

7. Rövşən Abdullaoğlu – “Mən yeməli deyiləm”.

Teleqram səhifəsinin linki:

https://t.me/kitabqurduyayoxumarafonu

Təşkilatçıların instaqram və feysbuk səhifələrinin linkləri:

TİF

https://instagram.com/tif.edu.az?igshid=MzRlODBiNWFlZA==

https://www.facebook.com/tif.edu.az?mibextid=ZbWKwL

ANAİB

https://instagram.com/anaib__az?igshid=MzNlNGNkZWQ4Mg==

https://www.facebook.com/profile.php?id=100068702658417&mibextid=ZbWKwL


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az