Cümə axşamı, 21 Avqust, 2025

SABAH qruplarına tələbə qəbulu başlayır - QEYDİYYAT


  • Dərc edildi: 25 May, 2024 - 21:20
SABAH qruplarına tələbə qəbulu başlayır - QEYDİYYAT

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin SABAH qruplarının bakalavriat səviyyəsinə 2024/2025-ci tədris ili üçün tələbə seçimi müsabiqəsi açıq elan olunur.

 

Bu barədə SABAH qruplarının İcra Komitəsindən "Azərbaycan müəllimi"nə xəbər verilib. Bildirilib ki, müsabiqədə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin müəyyən ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I semestrin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları və SABAH qruplarına tələbələrin seçimi qaydalarına (7.3 bəndinə) əsasən yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilərlər.

Qeyd edək ki, SABAH qruplarına üç mərhələdən ibarət (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) seçim müsabiqəsinin I mərhələsində iştirak etmək üçün müvafiq elektron ərizə doldurulmalıdır. Elektron ərizəni doldurmazdan əvvəl əlaqədar “Təlimat”la və “SABAH qruplarına tələbələrin seçimi qaydaları” ilə tanış olmağınız tövsiyə olunur.

Qeydiyyat üçün aşağıda göstərilmiş "Elektron ərizəyə"  keçid etməyiniz tələb olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...