Gələcəyi necə xəyal edirsiniz? Biz sizinlə gələcəyimiz arasında körpü olmağa hazırıq.
Əgər hazırda təhsil alan şagirdlərlə qazandığınız həyat təcrübəsini paylaşmaq, gələcək nəslin inkişafına töhfə vermək istəyirsinizsə Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Bir Gələcək” təşəbbüsünə qoşula, məzunu olduğunuz məktəbi ziyarət edə və müsbət töhfənizi verə bilərsiniz!
Məqsədi müxtəlif sahələrdə çalışan və uğur qazanan şəxsləri - gənc peşəkarları, dövlət və özəl sektorda çalışan mütəxəssislərin məzunu olduqları məktəbə səfərinin, orada təhsil alan yuxarı sinif şagirdləri ilə görüşlərin, təcrübə və bilik mübadiləsinin təşkili olan layihə çərçivəsində şagirdlər perspektivli ixtisas sahələrini müəyyən etmək, karyera və peşə seçimləri zamanı mütəxəssislərin rəyini öyrənmək imkanı əldə edəcəklər.
Layihə çərçivəsində müxtəlif qurumlarda fərqli sahələrdə fəaliyyət göstərən peşəkarlar ümumi təhsil müəssisəsinin (məktəbin) 8, 9, 10-cu siniflərində təhsilalan şagirdlər ilə dərsdənkənar vaxtda görüşərək öz həyat hekayələri, uğura aparan yollar, təhsilin cəmiyyətdə rolu və onlara qazandırdığı dəyərlər barədə fikirlərini bölüşəcək və onların suallarını cavablandıracaqlar.
Kimlər bu layihəyə qoşula bilər?
- Təhsil müddəti ərzində müxtəlif sferalarda nailiyyətlər əldə etmiş şəxslər;
- Hal-hazırda uğurlu karyeraya sahib və təcrübələrini paylaşmağa açıq olan şəxslər;
- Yeniyetmələrin və gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şəraitə və cəmiyyət arasında onların fəal iştirakına stimul yaratmaq istəyən şəxslər;
- Böyüyüb-başa çatdığı, yaşadığı icmanın inkişafına dəstək göstərmək istəyən şəxslər.
Qeydiyyat linki:
https://lnkd.in/eFwXDkxE
Müraciət üçün son tarix: 01.05.2023 (Müraciətlər daxil olduqca emal olunur)
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur